Mən 2-ci qrup əliliyəm.
Bir qolum yoxdur.
Tikintidə fəhlə olaraq çalışıram.
Aldığım təqaüdlə yaşaya bilmədiyim üçün tikintidə işləmək məcburiyyətində qalmışam.
Qəsəbələrin birində yarımçıq tikilmiş evim var.
Maddi imkanım yaxşı olmadığına görə evi tikə bilmirəm.
İcra başçısı da çağırıb deyir ki, ola bilsin evi söksünlər.
Bəs mən harada yaşayım?
Evə görə müxtəlif yerlərə müraciət etmişəm.
Amma müsbət nəticə yoxdur.
2 balam var.
Onların məktəb xərclərini qarşılaya bilmirəm.
Bədbəxt hadisədən qorxuram.
Təhlükəsizlik tədbirlərinə riayət etməməkdən qorxuram.
Yıxılıb ağır xəsarətlə dünyamı dəyişməkdən qorxuram.