Əlini ver..
Xuraman tərəfindən "Digər yazılar" bolməsinə 03:03 16 fevral 2014 tarixində əlavə olunmuşdur

Biz həyatın qanunlarına qarşı gəldik. Dirəndik. Bacardıq.. Ya da elə sandıq.. Elə düşündük ki, guya biz güclüyük..
  Amma yox..

Künclərə qısılıb ağlamaq, ağlayışdan doymamaq, gülməyə çalışdıqca susdurulmaq, yaşamağa çalışdıqca ölmək və sadəcə bağlılıq..
   Bu hisslərin beşiyində yırğalanıram. Gecə  nəğməsini mənimçün oxuyan mələklər olur. Lay lay çalırlar onlar mənə.  Yat və bir də ayılma..
  Dörd divarın həsrəti çöküb üstümə, biraz hicran qoxur üst başım. Sevgiyə bulaşdıqca itirmək qorxusunun səni izlədiyini görmək necə acı olur..
  Acı və buz kimi sözlər.. “Yox.. Buraxmaram, necə olsa da..” demələr.. Bunaları deyərkən ölmək. Hər dəfəsində, ruhunun bədənindən alındığını hiss etmək..  Bədənin isə ətrafa gülüş saçır. Hamı üçün mələyə dönürsən. Sən qəhrəman olursan.. Elə çox sevilirsən ki, lap elə ölmək istəyirsən. Elə ölmək istəyirsən ki, Tanrı belə unutsun sorğu sualı..
  Onsuz da yalançısan. Gülüşün, sözlərin xoşbəxtlik güzgüsüdür.. Amma güzgülər belə əks göstərir hər şeyi. Bax o güzgüyə, və de ki, “sən səhvsən”. Bilir axı.. Bilir ki, tək qorxun itirməkdi..
  Ölümün necə zəif olduğunu göstərmək istəyirsən.. Amma dur, hələ bitmədi dərdin..
  Ölmək belə insana elə əzab vermir, amma yaşamaq.. Ölməyə rəğmən.
  Gəl soruş, gör ki, niyə viran olmuşam qəlbimin çöllərində?  Niyə səssizliyə rəğmən qulağım batır hisslərdən?  Gəl.. Başa düşmə məni... Məni ürəyə düş..


 Əlini ver, çıxar məni, bu qorxunun saldığı zülmətdən. Batıram.. İtirəm, gedirəm e. Ver əlini..
 Ovcunda nəfəs saxla, boğuluram.. Ya da gəlmə mənə yaxın. Sənə də bulaşar qorxu suları və batdıqca batarsan.. 
 
 -Hər şey bir yerdə.. Məzara qədər.. 
 
Bax mənə! Nə görürsən?
Hisslərini əlinə üzünə bulaşdıran bir balaca.. Ayaqlarım yollarıma dolaşır artıq. Qanadlarımı sizin o “olmaz” dediyiniz xeyirxahlıqlar qırır. Tanrının qapısına getməyə utanıram artıq.. Tövbələr.. O tövbələrin dalıyca geriyə dönmələr. Söz vermələr.. Baxışlar.. Və gediş..
  Deyir ki, “ Mələyim olsun.. şükr edəcəm..”
  Hardasan..?
   Ona deyin ki,xəyalların arxasıyca elə sürünərsən ki. Ruhun cızılar.. Qanayar. Yorular..
  Amma vaz keçməz. Tanrının yanına getməyini o qədər arzulayırdı ki, əlçatmaz olan Tanrı qəlbindəymiş.. Biz də həmişə göydə axtarırdıq Onu.. 
  Indi  aç qəlbimi.. Axtar orda yetim qalan suallarımı. Niyə dediyim və heç vaxt cavablandırmağa qıya bilmədiyin suallarım indi hesab sorur məndən..  Deyir ki, axı sən güclü idin.. Nə səni belə çırpdı göyün yeddinci qatından yerə?
   Ona deyin ki, “yerdəkilər”..


... dəfə oxunub
Qiymət: 9/10(7 səs)
[qiymət ver ]
Şərh yaz
3+37=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
memmedova.xuraman@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0214 saniye