Əllər nəyə lazımdır?
Guluza Mustafayeva tərəfindən "İnşa" bolməsinə 20:57 21 aprel 2015 tarixində əlavə olunmuşdur

İnsan yaradılmışların ən kamilidir. Yaradan insanı elə yaratmışdır ki, onun bütün orqanları bir - biri ilə əlaqədə olub bizim gündəlik həyat və fəaliyyətimizi təşkil edir. Düzdür bu orqanları heç cür bir -birindən ayırıb bu orqan digərindən daha vacibdir demək olmaz. Ancaq əllərin rolu həyatımızda danılmazdı. Əllər nəyə lazımdır? - ələr bəlkə də 1-ci bizim müvazinətimizi təmin edən orqandır. Biz hamımız ip üstündə gəzən kəndirbazın, hər hansı  bir hərəkəti yerinə yetirən akrabatın əllərindən necə istifadə etdiyini dəfələrlə görmüşük.Biz hamımız hündür bir səkinin üstü ilə gedərkən və ya çay,su arxı üzərində qoyulmuş tirin üzərindən keçərkən əllrimizi  yana açırıq. Bu bizim özümüzü düz saxlamağa kömək edir. Bundan başqa demək olar ki, insan gündəlik tələbatlarını ödəmək üçün əllərindən istifadə edir. Əlimizlə gördüyümüz bütün işləri sadalamağa ehtiyac olmasa da baş barmağın rolunu qeyd etmək vacibdir. Onsuz əl bu qədər önəmli ola bilməz. Təkcə elə bu misal Yaradanın insanı necə mükəmməl və qüsursuz yaratdığı göstərir. Bütün bunlardan o nəticəni çıxarmaq olar ki, Yaradanın bizə bəxş etdiyi  sağlamlığın qədrini bilmək və hərbir sağlam və xoşbəxt an üçün dəfələrlə şükür etmək lazımdır.     


... dəfə oxunub
Qiymət: 7/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
5+10=
Hesaba giriş
Müəllif

Guluza Mustafayeva
Haqqında
Gülü xanım – Mustafayeva Gülüzə Zaur qızı 2004-cü ildə Dekabrın 11-də Bakı şəhərində anadan olub. Lap körpəlikdən yazıb-oxumaqla yanaşı musiqiyə, rəsm çəkməyə də böyük maraq göstərir. Hal-hazırda Bakı şəhər 20 nömrəli tam orta məktəb-liseyin 4-cü sinfində oxuyur. Gülü xanım dərs əlaçısı olmaqla bərabər ictimai işlərdə də xüsusi fəallıq göstərir. Demək olar ki, məktəbin bütün tədbirlərində iştirak edir və nəticə olaraq diplomlarla, fəxri fərmanlarla, xüsusi mükafatlarla mükafatlandırılır. Bütün bunlardan əlavə Gülü xanım haqqında 2012 – ci ildə Lalə Qəzənfərqızının tərtib etdiyi “ZƏKA” kitabının 4-cü cildinin 218 – ci səhifəsində geniş şəkilli məqalə verilmişdir. Gülü xanım “Oxumağa nə var ki...”, “ Duyğular”kitablarının və hələ çap olunmamış maraqlı, orijinal hekayələrin, onlarla rəsm əsərlərinin ( hansı ki, onlardan biri kitabın üz qabığı kimi istifadə olunmuşdur) müəllifidir. Gülü xanımın növbəti işi “Rənglərin dili” adlı rəsm albomu nəzərdə tutulub. Bu kitab üzərində tərtibat işləri gedir.
Əlaqə
E-mail:
guluze@bk.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0231 saniye