ƏLLƏRİM TƏK SƏNƏ ACILIB ALLAH
SEYMUR SÖNMƏZ tərəfindən "" bolməsinə 18:20 09 oktyabr 2016 tarixində əlavə olunmuşdur

Nə qədər saxtalıq olar həyatda,
Nə qədər sifətlər boyanıb ALLAH.
Mələk kim şeytan kim gəzir libasda,
Nə qədər ürəklər talanıb ALLAH.

Sevgi bir xəstəlik azar olubdu,
Könül kam almamış bezar olubdu,
Görən dünyanınmı axrı olubdu,
İnsanlar odlanıb qalanıb ALLAH.

Məcnunlar coxalıb,Məcnunlar artıb,
Əsil var olanlar yer altda yatıb,
Bir ,,pasan"genəlib dünyanı qatıb,
İrişə- irəşə dolanıb ALLAH.

Ad yaza bilmiyən oturub taxtda,
Əlində sənəti diplomu saxtda,
İndiki dövürdə indiki vaxtda,
Caqqallar meydanda coxalıb ALLAH .

Qəribə dövrana gəlib cıxmışıq,
Düz yolda büdrəyib bəzən azmışıq,
Baxıb haqsızlığa susub durmuşuq,
Tüstümüz səmaya qarışıb ALLAH.

Kimisi həvəskar kimisi yazır,
Kİmisi dost deyib,əyağın qazır,
Kimisi xətt cəkib üstünü cızır,
Kİmi məzarlıqdan boylanıb ALLAH.

Əyriyə düz deyib,haqqı əzən cox,
Köməklik edənə deyirlər ki lox,
Bunlarin sahibi yiyəsimi yox,
Bunlar şeytandanmı törənib ALLAH.

İnsanlıq adından gendə qalanlar,
Dillərdə oyuncaq olub imanlar,
Sənə kömək ücün,əlin acanlar,
Görən bircə kərə utanıb ALLAH.

Bağışla coşaraq cağladım yaman,
Sənsən bu bəşəri qurub yaradan,
Satılır dükanda müqəddəs Quran,
Üstündə qiymətdə yazılıb ALLAH.

Seymuram bilmirəm nolacaq halım,
Hec kimə qalmayıb daha gümanım,
Sənsən üz tutası ümüd pənahım,
Əllərim tək sənə acılıb ALLAH.


MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV

instragram: Seymur_Sonmez

 


... dəfə oxunub
Qiymət: 10/10(13 səs)
[qiymət ver ]
Şərh yaz
5+15=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0337 saniye