Elmar Khata - Azad et
Elmar Khata tərəfindən "Şeir" bolməsinə 14:12 24 noyabr 2015 tarixində əlavə olunmuşdur

Azad et ….

Azad et, daha ruhumu sənsizlikdən
Bax, sənsizlik yenə alıb hisslərimi
Hissiz qalmışam, yenə yalnız səssizlikdə

Yenə gözlərini göstər mənə
Dəniz qədər səssiz olan o gözlərini
Qorxma, göstər
Göstər daha qoy sussun hisslərim, gözəliyinin qarşısında

Aman, əllərin yaman yadlaşıb əllərimə
Bir toxun, qorxma,toxun
Bu soyuqluq sənsizliyinin səssizliyindəndir
Keçici deyil can, qorxma

Səssizlik indi diz çöküb
Sənsizliyin qarşısında
Yadlaşmaq soyuqluqdan daha soyuq olur
Hisslər qarşısında
Uzaqlaş, amma heç bir zaman yadlaşma
Gözlərimin qarşısında

© Elmar Khata


... dəfə oxunub
Qiymət: 7/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
3+23=
Hesaba giriş
Müəllif

Elmar Khata
Əlaqə
E-mail:
elmarkhata@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0429 saniye