ƏLVİDA
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 19:55 03 aprel 2016 tarixində əlavə olunmuşdur

Əlvida,əlvida,ötən günlərim,
Bir daha sizinlə görüşməyəcəm.
Söylə,hardasınız,itən günlərim,
Dərdimi sizinlə bölüşməyəcəm.
*****
Getdi sənli günlər,getdi əbədi,
Vüsallı günlərim hicrana döndü.
Ömrümün çırağı söndü əbədi,
Bu ömür yollarım çənə büründü.
***
Axır yanağıma acı göz yaşı,
Qəlbimi ağrıdır ayrılıq dərdi.
Nə üçün bu qədər olmuşam naşı,
Məhəbbət bağından onu kim dərdi?
***
Ürəyim qəmlidir,uyumaq bilmir,
Sinəmdə qövr edir iztirab,kədər.
Qəlbim isə sizi unutmaq bilmir,
Əlvida,əlvida ey ötən günlər,

9.04.1982.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
6+34=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0218 saniye