Əmanət
İlkin Abbas tərəfindən "Şeir" bolməsinə 23:20 12 aprel 2015 tarixində əlavə olunmuşdur

Bu gedişin olmayacaq dönüşü,
Bu yol geri dönəcəyim yol deyil. 
Sən o qədər talan etdin könlümü,
Ürəyimdə ürəyinə yox meyl.

Alışmadın heç məhəbbət oduna,
Bir mən yandım ikimizin yerinə.
Nə qədər yol açılsa da qarşımda,
Bir dəfə də baxmadım heç birinə.

Laiqdinmi bunca sədaqətə sən?
Qaçaq düşüb etibar da canından.
Görmədim ki, bir ürəkdən sevəsən,
Vəfasızlıq gendəndir, ya qanından...

Gün gələcək, yapışacam yaxandan,
Dik baxaraq o riyakar gözünə. 
Əmanətdir səndən mənə haqsızlıq,
Məhşər günü qaytaracam özünə!!!

MÜƏLLİF: ƏSMƏR QASIMLI


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
8+26=
Hesaba giriş
Müəllif

İlkin Abbas
Haqqında
Abbasquliyev İlkin Qadir oğlu ( İlkin Abbas ) 1993-cü il Dekabr ayının 8-də Naxçıvan şəhərində Ziyalı ailəsində anadan olmuşdur. Onun ədəbiyyata olan böyük marağı hələ orta məktəb illərindən başlanmış, zaman keçdikcə şeiriyyat aləminə olan sevgisi güclənmişdir. Şair 2000-ci ildə Naxçıvan şəhər Afiyəddin Cəlilov adına 12 saylı orta məktəbin birinci sinfinə daxil olmus, 4 illik ibtidai təhsilini orada aldıqdan sonra, Naxçıvan şəhər Hüseyn Cavid adına 5 saylı orta məktəbə dəyişilmişdir. Onun "ANA DİLİ" adlı ilk şeiri 2010-cu ildə yazılmış və "TƏK SƏBİR" qəzetində nəşr olunmuşdur. Bundan əlavə, gənc yazarın Şeirləri Vəhdət.org. , Shahbulaq.az, Turkbir.info, ədəbiyyat-az.com, Gundelik.info, dokkuziklim.net saytlarında dərc olunur və olunmaqdadır. Hazırda tələbədir, Subaydır. Hələ ki kitabı yoxdur.
Əlaqə
E-mail:
ilkin.abbas.90@hotmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0273 saniye