ƏN BÖYÜK GÜNAHIM
İlkin Abbas tərəfindən "Şeir" bolməsinə 20:34 09 yanvar 2015 tarixində əlavə olunmuşdur

Ey dünya, çox belə qürurlanma sən,
Mənə nə vermisən? Sənindir, götür.
Ey bütün dünyanı xəlq edən Allah,
Məni bu dünyaya yenidən gətir.  

İndi dost dostuna çəkir çəpəri,
Düşmənə çəkəsi çəpər qalmayıb.
Ya Rəbbim, bu dünya sən quran deyil,
Burda ədalətdən əsər qalmayıb.  

Hərənin ağlına bir yol saplanıb,
Hər kəs öz bildiyi yoluna gedir.
Özün dərk etməyən on beş yaşlı qız,
Oğlanın varına, puluna gedir.  

Qeyrət tapdanıbdır ayaqlar altda,
Kimi dindirirsən, deyir "belədir".
Hardadır o vaxtın mərd kişiləri,
Qeyrətsiz nə bilir "kişilik" nədir.  

Özüm kəsilirəm özümə qənim,
Gül kimi zəmanə dəyişib soldu.
Bəlkə də ən böyük günahım mənim,
Bu fani dünyaya gəlməyim oldu...

09.01.2015

İLKİN ABBAS

 


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
5+11=
Hesaba giriş
Müəllif

İlkin Abbas
Haqqında
Abbasquliyev İlkin Qadir oğlu ( İlkin Abbas ) 1993-cü il Dekabr ayının 8-də Naxçıvan şəhərində Ziyalı ailəsində anadan olmuşdur. Onun ədəbiyyata olan böyük marağı hələ orta məktəb illərindən başlanmış, zaman keçdikcə şeiriyyat aləminə olan sevgisi güclənmişdir. Şair 2000-ci ildə Naxçıvan şəhər Afiyəddin Cəlilov adına 12 saylı orta məktəbin birinci sinfinə daxil olmus, 4 illik ibtidai təhsilini orada aldıqdan sonra, Naxçıvan şəhər Hüseyn Cavid adına 5 saylı orta məktəbə dəyişilmişdir. Onun "ANA DİLİ" adlı ilk şeiri 2010-cu ildə yazılmış və "TƏK SƏBİR" qəzetində nəşr olunmuşdur. Bundan əlavə, gənc yazarın Şeirləri Vəhdət.org. , Shahbulaq.az, Turkbir.info, ədəbiyyat-az.com, Gundelik.info, dokkuziklim.net saytlarında dərc olunur və olunmaqdadır. Hazırda tələbədir, Subaydır. Hələ ki kitabı yoxdur.
Əlaqə
E-mail:
ilkin.abbas.90@hotmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0227 saniye