Ən çox çap məhsulu oxuyan xalq
Vəfa Teymurova tərəfindən "Digər yazılar" bolməsinə 10:14 29 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Beynəlxalq “Bertelsmann” media holdinqinin araşdırmalarına görə nternetdən geniş istifadəyə və elektron kitabların populyarlaşmasına baxmayaraq,  çap məhsullarına əvvəlki kimi böyük tələbat var.

İlk növbədə 40 yaşdan yuxarı avropalılar müntəzəm olaraq jurnal, qəzet və kitab oxuyurlar. Fransada əhalinin 45, Böyük Britaniyada 40 faizi çap materiallarına üstünlük verir. Sorğuda iştirak edən almanların üçdə iki hissəsi həftədə bir dəfə jurnal oxuyur.   

Böyük Britaniayda hər ikinci adam (52 faiz) ən azı həftədə bir dəfə kitab mütaliə edir. Almanların isə  47, fransızların 36 faizi  həftədə minimum bir dəfə kitab üzü açır.

Araşdırmalara əsasən, bu üç Avropa ölkəsində 40-65 yaş arası insanların qəzetə marağı güclüdür.  Daha gəncləri internetə üstünlük verir.

Hər dördüncü respondent internetdən və sosial şəbəkələrdən kreativ məqsədlərlə (öz mətnlərini yaymaqla) istifadə edir. 


... dəfə oxunub
Qiymət: 5/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+2=
Hesaba giriş
Müəllif

Vəfa Teymurova
Haqqında
İnternetdən həyata dair əldə etdiyim maraqlı məlumatları sizlərlə bölüşəcəyəm.
Əlaqə
E-mail:
beetvrosso@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0272 saniye