Ən faydalı qidalar
Vəfa Teymurova tərəfindən "Elmi məqalə" bolməsinə 13:34 04 iyul 2014 tarixində əlavə olunmuşdur

Alimlər bildirirlər ki, insanın hər hansı bir xəstəliyə yoluxması onun necə qidalanmağından asılıdır. Məsələn, istifadə etdiyimiz qidaların içində bəziləri insan ömrünü uzadır, müəyyən xəstəliklərdən qoruyur. Belə ki, alimlərin araşdırmaları nəticəsində bədəni xərçəng, infarkt və şəkər xəstəliklərindən qoruyan qidaların siyahısı açıqlanıb.

1.Badam:Hər gün 30 qram badam yeməyi unutmayın.Yağlarla zəngin olan badam qandakı xolestrol nisbətini aşağı salır. Badam həm də damar tutmalarının qarşısını alaraq, qan dövranını tənzimləyir, ürəyi qoruyur.

2.Qəhvə:Gün ərzində iki fincan qəhvə içmək, xüsusilə orta yaşlı insanlarda yaranan Parkinson və şəkər xəstəliklərinə qarşı bədəni qoruyur. Qəhvədə olan kofein maddəsi şəkər xəstəliyinə yoluxma riskini 35 faiz azaldır. Bununla yanaşı, ağrıkəsici funksiyasını da yerinə yetirir. Ancaq qəhvəni mütləq südlə için.Beləcə kofeinin sümüklərin zəiflətməsini əngəlləmiş olarsınız.

3.Darçın:Hər yeməkdən sonra içində bir miqdar darçın olan şirniyyat yeməyi unutmayın. Şirniyyat yemək istəmirsinizsə, balaca çay qaşığı dolu darçını suya qataraq içə bilərsiniz. Darçın qanda şəkəri qaydaya salır, sinir sistemini sakitləşdirir.

4.Kartof:Kartof ən yararlı 100 qida arasında 17-ci sırada durur.Orqanizmi ağciyər xərçəngi, xərçəng xəstəliyi və infarkt xəstəliklərindən qoruyur.Ancaq kartofu qızartmaq əvəzinə, yağsız halda əzilmiş və ya buxarda bişirilmiş yemək daha məsləhətdir.

5.Tərəvəz şorbası:Doyumludur, xüsusilə arıqlamaq istəyənlərin bir nömrəli seçimidir.Bundan başqa, tərəvəz şorbası sodium baxımından da zəngindir.Bir kasa tərəvəz şorbasında 500 ml sodium olur. Sodium sinir sistemi və əzələlərin davamlı olaraq işləməsinə şərait yaradır.Bədəndəki maye miqdarının həcmini qaydasında saxlayır. Ancaq gündə 1500 ml çox sodium təzyiq və ürək xəstəlikləri olan insanlarda əks təsir yaradır.

6.Zeytun yağı:Xərçəngin qarşısını alır. Gündə 25 ml zeytun yağı istifadə edənlərin sidiklərində hüceyrələrə zərər verən 8 maddənin səviyyəsinin azaldığı bildirilir.Zeytun yağı həm də ürəyi qoruyur. 1 xörək qaşığı zeytun yağında 120 kalori olur. Bu səbəblə gündə 6 qaşıqdan artıq yemək məsləhət görülmür.

7.Çay:Qara və ya yaşıl olmasından asılı olmayaraq, çayın hər növü xərçəng riskinin azalmasında təsirlidir.Çay qadınlarda uşaqlıq xərçənginə yoluxma riskini 50 faiz azaldır.Döş xərçəngi üçünsə bu nisbət 60 faiz təşkil edir. Çay həm də infarkta qarşı təsirlidir..


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+23=
Hesaba giriş
Müəllif

Vəfa Teymurova
Haqqında
İnternetdən həyata dair əldə etdiyim maraqlı məlumatları sizlərlə bölüşəcəyəm.
Əlaqə
E-mail:
beetvrosso@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0294 saniye