Ən gözəl payız fotoları - Payız göyün yerə məhəbbətidir
Aysel Məhərrəmova tərəfindən "Fotoqalereya" bolməsinə 23:53 10 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Payız göyün yerə mahəbbətidir,
Yer üçün darıxıb hərdən ağlayır.
Bəlkə məhəbbətin ülviyyətidir,
Onları qırılmaz tellə bağlayır.

Payız təbiətin düşüncəsidir,
Həyatı sevməyə səsləyir bizi.
Sanki təbiətin həzin səsidir,
Onu dinləməyə səsləyir bizi.

Payız durnaların köç etməsidir,
Baharı sevməyə çağırır bizi.
Bir ömrün sonunu bildirməsidir,
İxtiyar çağında axtarır bizi.

Payız ürəklərin qəmi, nisgili,
Bir sönən ürəyin döyüntüsüdür.
O, küskün talenin bir solan gülü,
Sevginin aldadan görüntüsüdür.

Müəllif: Çingiz Babaoğlu


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+16=
Hesaba giriş
Müəllif

Aysel Məhərrəmova
Haqqında

Əlaqə
E-mail:
meherremova115@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0329 saniye