Əsas sevgidir
Bağırlı Mətanət tərəfindən "Hekayə" bolməsinə 19:27 20 may 2012 tarixində əlavə olunmuşdur

Nə az, nə çox düz 10 manat pulu var idi. Qız pullarını üç dəfə saydı. Səhv etməmişdi...

O, həyat yoldaşı ilə bu evdə həftəsi 6 manata qalırdı.Elə bir üstünlüyü olmasa da,yaşamaq olardı. Göz yaşları quruduqdan sonra Qız üz – gözünü silməyə başladı.

Sevgilisi üçün hədiyyə almağa yalnız 10 manat pulu var idi. Bu pulu da neçə aya yığmışdı. Ancaq indi heç bir işə yaramırdı. Halbuku həyat yoldaşı üçün gözəl bir hədiyyə almaq istəyirdi.Güzgünün qarşısına keçdi gözləri par – par parıldayırdı.Ancaq rəngi solmuşdu.Saçlarını açıb çiyinlərinə tökdü.Evlərində iki qiymətli şey var idi.Biri sevgilisinin babasından qalan qızıl saat, o biri də çiyinlərinə tökülən saçları.Qız saçlarını arxasına atdı.Parıldayan saçları bir göz qırpımında bütün bədənini örtdü. Bir az dayanıb saçlarına baxdı.Yanaqlarından iki damla göz yaşı axdı.Gözlərinin yaşı qurumamış geyinib küçəyə çıxdı.Hər cür saç ləvazimatları yazılmış lövhənin qarşısında dayandı.Bir az baxdıqdan sonra içəri girdi."Saçlarımı satıram.Nə qədər verərsiniz?"- deyə soruşdu.Yaşlı qadın qızın saçlarını əlləri ilə yoxladıqdan sonra 20 manat",- dedi, razılaşdı. Artıq O, sevincdən uçurdu.Özünü o qədər xoşbəxt hiss edirdi ki,saatların necə gəlib keçdiyindən də xəbər tutmurdu. Cimə hədiyyə almaq üçün dükanları alt – üst etdi. Nəhayət istədiyini tapdı.Bu, saat zənciri idi.Zəncir yoldaşının saatına çox yaraşacaqdı. Evə getdi.Güzgüdə bir də saçlarına baxdı.Artıq o parlaq saçları yox idi.Görəsən onun xoşuna gələcəkdimi? Bələ də saçlarını kəsdiyi üçün danlayacaqdı onu. Bir az sonra qapı döyüldü.Qapıda yoldaşı idi.İçəri girdi.Sevgilisini sınayıcı nəzərlərlə süzdü.Sonra əlindəki hədiyyəni uzatdı.Qız bağlamanı açanda gözlərinə inanmadı. Bu onun çoxdan arzu etdiyi daraqlar idi.Gözlərindən iki damla yaş axdı.Ancaq tez özünü yığışdırdı. Şırın bir təbəssümlə hədiyyəsini ona uzatdı.Yoldaşı bağlamanı açanda saat zəncirini gördü.O hardan biləydi ki, artıq saat yoxdur?Daraqları almaq üçün o da saatını satmışdı.Ancaq heç biri məyus olmadı.Çünki əsas məsələ sevgi idi.Onu isə nə almaq, nə də satmaq olardı.....


... dəfə oxunub
Qiymət: 8/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
7+17=
Hesaba giriş
Müəllif

Bağırlı Mətanət
Haqqında
Teleaparıcı olmaq istəyirəm.Yazı yazmağı çox sevirəm.Ən çox da insanların problemlərini və onları maraqlandıran mövzu  haqqında ətraflı araşdırıb yazmağı daha çox sevirəm.
Əlaqə
E-mail:
sadiqbagirli@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0423 saniye