ƏSƏ EŞQİN KÜLƏYİ
Rahil Rizvan tərəfindən "Şeir" bolməsinə 11:12 24 mart 2018 tarixində əlavə olunmuşdur

Əsə eşqin küləyi, sözlərimi yarə deyə
Sənin eşqindən olub, bu oğlan avarə deyə

Danışa gözlərinin, sözlərinin xəstəsidir
Gəlmişəm ki yanına get yarına çarə deyə.

Qalıb bu eşqə biganə, etmə bu gənci divanə
Qulaq ver sözlərimə, get gözünə qarə deyə.

Yalana olmayıb yolçu, sözü haqdır səbanın
Gəl qoşul mənlə gedək yolumuz baharə deyə

Rahilin sevgisi sonsuz, qala bilməz bir an onsuz
Gəlib insafə gedək, yar gedəcək darə deyə

23.03.2018


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
5+17=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0329 saniye