Əsəbiləş!!!
Səyyad Fərəcov tərəfindən "Ədəbi tənqid" bolməsinə 04:05 01 iyun 2014 tarixində əlavə olunmuşdur

   Çax şimşək! Bacardığın qədər. Çax və dünyanın axarını dəyiş! Öldür özünü! Amma sənə bir söz. Səndə heç nə alınmayacaq, insandakı əsəbin heç bir işə yaramaması kimi. Amma bilirəm, Tanrının yaratdığı hər şeydə bir hikmət var. Amma məncə insandakı əsəb Tanrıdan gələ bilməz. Çünki Tanri sevgidi. Əsəb necə sevgi ola bilər ki, axı?

   1 dəq sonramızı belə bilmirik. Amma insanları qırmağı, xətrinə dəyməyi çox yaxşı bilirik, nəinki onlara sevgi bəxş etməyi. Əslində sevgi göstərmək əsəbləşməkdən daha asan hərəkətdi. Çünki bu (sevgi), bizim həqiqətən içimizdə olandı.

   Əs külək! Dağıt hər yeri! Çünki insanlar Tanrıdan çox uzaqlaşıb. Dünya qoy xarabaya çevrilsin, onsuz da mənəvi cəhətdən artıq xarabadı. “Biz niyə əsəbiləşirik?” heç bu sualı vermişik mi özümüzə? Hə, bilirəm vermişik və ya veriblər. İş, ailə, insanlar, iqtisadi-sosial problemlər. Bəs heç özünüzə sual vermisizmi ki “biz niyə əsəbiləşməliyik ki?” Heç inanmıram. Bəs yaxşı bu əsəb nəyi dəyişidirib indiyə kimi həyatımızda? Hə, mən sizə deyim. Sözünüz keçib, sizinlə maraqlanıblar ki “niyə əsəbisən?” və sair. Yəni qısası qısamüddətlik güc (buna paralel mövqe) sahibinə cevrilmişik. Amma burda Çarli Çaplinin bir sözü yadıma düşdü: “Məqsədimiz zərər verməksə “güc”-ə ehtiyacımız var, çünki qalan hər şeyə sevgi yetər”. Hə! Sizin deyiminiznən o “klon” Çarli Çaplin deyib bunları. Amma sizə bir söz; bu əsəb sizə güc verə bilər, amma əsəblə keçirdiyiniz hər dəqiqə ömrünüzdən boş yerə itirdiyiniz 60 saniyələrə çevriləcək.

    Bilirsən nə vaxt öləssən? Hamının beynində təxmini yaş 65-70 və yuxarısı filandı, bilmirəm desə də. Amma mən sizə deyim. Bir saatdan sonra öləssən. İstər inan, istər inanma. İndi get və o 1 saatını əsəbinlə xərclə. Hə, nəyi gözlüyüsən, get da…

(Razıyam ki bu yazını mən də əsəblə yazdım. Fikirləşdim ki, düşməni onun öz silahıyla vurmaq daha yaxşı olar)


... dəfə oxunub
Qiymət: 6/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
10+29=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0237 saniye