Əsgərimin Tibb Bacısı...
Efsane R. Sagi tərəfindən "Digər yazılar" bolməsinə 18:54 02 avqust 2014 tarixində əlavə olunmuşdur

Hər dəfə şəhid xəbəri gəldiyində dünya yıxılır başıma sanki. Günlərcə onları xəyalımda canlandırıb duraram. Hələ ailələrinin yaşlı gözlərini heç unutmaram. Fərqi yoxdur hansı günahsız ölkənin günahsız vətəndaşlarıdırlar, ürək yenə bir başqa acıyar onlar üçün. Köməklərinə yetmək istəyərəm amma bir türlü ürəyimə yaxın olduqları qədər nə onlar mənə yaxındırlar nə mən onlara. Sadəcə dualarla, göz yaşları ilə yanlarında olduğumu hiss etdirməyə çalışaram bir də, bir də yazdığım statuslarla. Amma nə dərəcədə hiss edərlər bunu bilmərəm. Amma bu dəfə canım bir başqa yandı, bir başqa əsəbiləndim yetkililərə, "yuxarı"lara. Dayana bilmədim 14 tabutu, 14 cansız canı, 14 ocağı söndürülmüş ata-ananı görməyə bəlkə də daha çox. Üsyana qalxdım həm də səssizcə, çarəsizcə öz içimdə. Bir komputerdə açıq qalmış şəhid xəbərlərinə baxdım, bir ətrafımda olan insanlara bir də genel olaraq Azərbaycan xalqına baxdım. Çoxusunun vecinə deyil, ikiyə ayrılmış vəziyyətdədir hər qarışı üçün canımı qurban verməyə hazır olduğum torpağımın insanı. Biri müharibə tərəfdarı digəri hazırkı vəziyyətə davam təmsilçiləridir. Vəziyyətin nə dərəcədə ciddi olduğunun nə yazıq ki, çoxumuz fərqində deyilik. Ancaq günahlandırmağı, hesab soruşmağı bilirik. İndi də 14 şəhid qalıb qara torpaq altında, onlarla əsgər yaralı halda biz bilirsiniz mi nədən danışırıq Tvlər niyə konsert verir, müğənnilər niyə efirə çıxıb oynayır? Haksızsınız demirəm dostlarım, amma bunu tələb edən həmdaşlarımız var təəsüf ki və biz şəhidinə hörmət edən, insanına dəyər verən bir xalq olmadıq bunu hamımız çox gözəl anlayırıq lakin yenə də nələrsə gözləyirik. Biz bir olmağı bacarmadıq heç bir mövzuda və Qarabağı da ürəkdən istəsəydik əgər bugün minlərlə şəhidə sahib ölkə deyildik. Nədənsə yatmağı çox sevirik. Bir oyaq var onlar da ki, hər gün birini torpağa verdiyimiz əsgərimiz. Bu ölkəni sevənimiz inanın ki, çox azdır. Torpağına, insanına sahib çıxanımız, şəhidinə qiymət verənimiz onları yad edənimiz çox azdır. Hani yazırıq ya hər 20 Yanvarda "Heç kim unudulmur, heç nə yaddan çıxmır" deye yalan söhbətdir. Yaddaşında saxlayan olsaydı əgər 20 Yanvarda olanlari gözü ilə görənlər ozaman ermənilərə "suka"lıq edən bir vətəndaşımız da olmaz, ermənistanda yaşamaq istəyən kəslərə də sahib olmazdıq. Biz buyuq qardaşım ölən qardaşımızın ətini o dünyada yeməyə saxlamırıq elə bu dünyada yeyirik ki, o dünyada daha çoxuna əl qoya bilək. ... Bir də doğru informasiyamız olsa, əslinə baxanda bu Tv'lərin konsert programları yuxu dərmanı funksiyasını oynamış olur. Bizi yatızdırır, yatızdırır bir ara oyanıriq görürük ki, bir sivilimiz öldürülüb ikisi isə əsir götürülüb. Bir az sözdə "kişilənirik" sonra nə olursa yenə yatırıq ayılırıq 14 şəhid, yaralılar, ermənilər burnumuzun dibindədir. Biz isə günahsız qan tökmək istəmir "böyüyün sözündən çıxılmaz" atalar məsəlinə riayət edirik və etdirilirik. "Böyük dövlətlər" nə desə odur. Böyük dövlətlər xristian sən müsəlman və üstəgəl Ermənistan da xristian nəticə isə iqtisadiyyatımız iki dəfə çoxdur Ermənistan iqtisadiyyatından və hərbi cəhətdən də 2-3 dəfə az itki vermişik onlardan. Ona görə guya ki, atəşkəs davam edə bilər. Yazdığım temadan uzaqlaşdım bir balaca nəsə...Bu gün yenə xəbərləri oxuduqca bir-bir oxlar sancıldı qəlbimə. İlk dəfə niyə məhz oğlan doğulmadım deyə bir üsyan da günah sayılsa da və bunu bilsəm də Allaha etdim. O zaman mən də olardım orada,mən də döyüşərdim və bəlkə də qürurverici bir mərtəbəyə şəhidlik zirvəsinə mən də ucalardım. Heç düşünməzdim, ağlımdan keçirməzdim bu ölümümün qədir qiymət bilməyən, unutqan insanlar üçün olduğunu, zatən onlar üçün də deyil torpağım üçün vuruşardım bəzi igid qardaşlarım kimi ki, zatən çoxusu bunun üçün sinə gərdi güllələrə...Bunları düşünərkən "neçin belə bir istəkdə bulunub da şikayətlənirsən Allaha" deyə təmbihlədim özümü, anında bir peşimançılıq sardı içimi, oğlan olmasam belə köməyim dəyəbiləcək nəsə edə bilərdim axı mən. Zamanında mənə "həkim ol" deyildiyində bir qurtarıcı mələk, bir həkim, bir tibb bacısı ola bilərdim. Sarıya bilərdim yaralarını ehtiyatla, yavaş-yavaş incitmədən, ölümdən qurtara bilərdim bəzilərini vətənimə, torpağıma layiq,insanıma layiq biri, əsgərimin tibb bacısı ola bilərdim amma deyiləm. Əlimdən heç bir şey gəlmir onlara kömək edəbiləcək, yanlarında olabiləcək və də düşmənlə üzbəüz dayanmaq üçün heç bir şey edə bilmirəm. Ən pis olanı da məhz budur sadəcə kənardan izləmək, tabutları görüb ürəyinin parçalanmasına çarəsizcə izn vermək və səssiz bir köşəyə çəkilib dua etmək və peşimançılığını çəkmək yardımın toxuna biləcək bir şey etməməyin...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+6=
Hesaba giriş
Müəllif

Efsane R. Sagi
Haqqında
Sadəcə yazmağa cəhd göstərmək...
Əlaqə
E-mail:
efsaneozenn@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.023 saniye