Əsgərlikdə Dedovşina və Nizamnamə (18+)
ŞvartsMan tərəfindən "Esse" bolməsinə 16:10 27 noyabr 2016 tarixində əlavə olunmuşdur

Bu  yazını  əsgərlikdə  olanlar  üçün  yazmamışam; amma istəsələr  onlar  da  oxuya  bilərlər. Yazını  yazmaqda  əsas  məqsədim  əsgərliyə   yararsız  olanlara, nə  vaxtsa  əsgərliyə  gedəcək  oğlanlara  və  heç  vaxt  əsgərlikdə  olmayacaq  xanımlara  əsgərliyin  mahiyyəti  haqqında  danışmaq  və  onları  əvvəlcədən  başqaları  tərəfindən  formalaşan  yanlış  düşüncələrdən  uzaqlaşdırmaqdır.

Əsgərlik  haqqında

Əslində  bu  mövzu  o  qədər  genişdir  ki,  hər  tərəfli,  qərəzsiz  və  dəqiq  demək  olmur. Bəzən  burda  yazılanları  anlamaq  üçün  hərbidə  olmalısız  ki, onu  yaşayasız  və  yaxşı  başa  düşəsiz.

Tarixdə  ordunun  yaranması  dövlət  adlı  qurumun  yaranması  ilə  bağlıdır. Bir  növ  dövləti  qorumaq  üçün  onun  tərəfindən  yaradılan  və  vətəndaşlarına  vətəndaşlıq  borcu  kimi  borclu  çıxardıb  ödəməsi  lazım  olan  xidmət  növüdür. Hərbidə  xidmət  müddəti  1 ildən  25  ilə  qədər  ola  bilər.

Hərbi   qapalı  və  ciddi  qayda-qanunları  olan  rejimli  yerdir. Orda  hər  şeyin  öz  vaxtı  var: yatmağın, oyanmağın,  yuyunmağın, istirahətin, idmanın, yeməyin. Qısacası, sən  orda  özbaşına  deyilsən. Hər  şey  icazəlidir, sıra  ilədir. Hərbidə  iki  şey  tələb  olunur  səndən. Nizam-intizamlı  olmaq  və  verilən əmrləri  vaxtında  və  dəqiq   yerinə  yetirmək. Komandirin  və  səndən  yüksək   rütbəli  şəxslər  nə  deyirsə  etməlisən. Əmr  səhv ya  düz düzdü- etməlisən. Əmr  müzakirə  olunmur, yerinə yetirilir. Komandirim  mənə  desə  ki, çıx  kazarmanın  damından  özünü  at   aşağı, gərək  özümü atım. “Niyə  özümü  atmalıyam, dəliyəm? Birdən  öldüm?” -bunları  soruşmağa  haqqım  yoxdur. Çünki  əmr  əmrdir. Sən  səhv  ya  düz  olduğunu  sorğulaya  bilməzsan. Deyiləni  yerinə  yetirib  özünü  kazarmanın  damından  atmalısan. Ölsən  deyəcəklər  ki, səhv  əmr  idi, amma  yerinə  yetirilir.

Ümumən, hərbi  türmə  kimi  bir  şeydi. Tək  fərq  odur  ki, hərbiyə  sən  cinayətkar  kimi  gəlməmisən, vətəndaşlıq  borcunu  ödəmək  üçün  burdasan. 1 il ya  18  aya  çıxıb  gedəcəksən. İstəsən  qala  da  bilərsən. Ancaq  buna  görə  sənə  əziz  bir  şeyindən  vaz  keçməlisən-Azadlığından. Hərbi  sənə  hər  şey  verir: Yatmağa  yer,  yemək,  paltar-hər  şey  pulsuzdur. Orda  papağından  tutmuş  tumanına  kimi, tumanından  corabına  kimi  bütün  maddi  ehtiyacların  ödənilir. Amma bunun  əvəzndə  sən azadlığını dövlətə  verməlisən – nə  vaxtsa  almaq  ümidi ilə.

Hərbi  ilə  yaşadığın  mülki  həyat (qrajdanski)  arasındakı  fərq  bilirsiz  nədədir? Hərbi  yaşamaq  üçün  hər  şey  verir  sənə,  azadlığını  əlindən  alır. Mülki  həyat  isə  sənə  heç  nə  vermir, azadlıq  verir. Azadlıq  verir  ki, get  özünün  dolandır  yaşa. Hərbi (digər  qapalı  rejimli  yerlər  də  daxil  olmaqla, məs.dəlixana, türmə) bəlkə   tək-tük  yerlərdən  biridir  ki, orda  pulsuz  yaşamaq  olar. Çünki  yaşamaq  üçün  lazım  olan  əşya  və  ərzaqları  dövlət  verir. Lakin  mülki  həyatda  pulsuz  yaşaya  bilməzsən. Hərbidə  güllədən  ölmə  ehtimalı  var, mülkidə  acından  ölmə. Belə  deyək, biri  QSC, digəri  ASC-dir.

Mən  hərbidə  2015-ci  ilin  iyul  ayında  olmuşam. Ali  təhsilli, yəni  1 illik  idim. Hərbiyə  gələndə  365  günüm  var  idi. Mənlə  bir  gələn  orta  təhsillilər  isə  548  gündən  saymağa  başlayacaqdılar. Mən  onlardan  tez  təxris  olunacaqdım. Və  hamı  orda  gün  sayırdı. Məsələn, bu  gün  57  günüm  qalıb. Sevinirəm. 57  gündən  sonra  azad  olacam. Əsgərliyin  öz  atalar  sözü  var: “Bir  dustaq, bir  də  əsgər  ömründən  getdiyi  günlərə  sevinir”. Fikir  verrisiz, hər  gün  ömrümüzdən  gedir  və  əsgər  və   dustaq  kədərlənmək  əvəzəinə  ki, ölümə  yaxınlaşırıq  gün  keçdikcə, o  isə  sevinir  ki, azad  olacaq. Əsgərlikdən  canı  qurtaracaq.

Azadlıq  olmayan  hər  yer  cəhənnəmdi.

Hərbidə  3  sözdən  ikisi  söyüş  olduğundan  onun  dillərə  əzbər  atalar  sözləri  də  arqodur.

ƏSGƏRLİK   ATALAR  SÖZLƏRİ:

Komandirə  qarşı  çıxmaq  küləyə  qarşı  işəmək  deməkdir”.

Mənası: Nə  etsən özünə  edərsən. Yəni  komandir  səni  cəzalandıracaq,  sən  ona  qarşı  çıxa  biməzsən. Dediyi  əmrə  qarşı  çıxacaq  və  deyəcəksən  ki, “əmri  yerinə  yetmirəm”. Baxın  qara  hərflərlə  yazmışam  biləsiz  ki, sizin  qara    günləriniz  bu  kəlmədən  sonra  başlayır. Hərbidə  əmri  yerinə  yetirməmək  və  ya  tabe  olmamaq  ən  böyük  cinayət  sayılır  və  sizin  raportunuz  hazırdı, hərbi  prokuratura  gəlir  təhqiqata. Əməlli-başlı  “tərləyəcəksiz”.

Osduran  götə  tövbə  yoxdur”.

Mənası: əsgərə  nə  qədər  desən  ki,  bunu  etmə  edəcək, qanan  deyil.

S*k  gecədən  səhərə  qədər!”.

Mənası: Xidmət  elə, posta  dayan  gecədən  səhərə  kimi.

Əsgərdə  ən  tez  qaçan  nədir? Götü.

Mənası: Yəni  üzünə  gülürsən, güzəştə  gedirsən,  özünü  buraxır.

Qadının  axırıncı  yolu  qəhbəlik,

Kişinin  axırıncı  yolu  hərbidir”.

(Əsgər yoldaşım  Zəka  Rüstəmov)

Mənası: Qadın  iş  tapa  bilməyəndə  və  acından  ölməmək  üçün  məcbur  qalıb  fahişəliyi  seçirsə, kişidə  mülki  iş  tapa  bilməyəndə  məcburiyyətdən  hərbini  seçir.

İlan  ulduz  görməsə  ölməz”.

Mənası: əsgər  ulduz, yəni  paqon (zabit)  görəndə  sıçır,  qorxur, ağlı  başına  gəlir.

Ya  sevə-sevə, ya  s*kə-s*kə”.

Mənası: Hərbidə  SS qanununun  açıqlaması. Ya  bu  işi  sevə-sevə  öz  xoşunla  görəcəksən,  ya  da  sənə  əzab  verə-verə  elətdirəcəyik. Özün  seç.

Dovşan  vəziyyətini  al. Bir, iki!”

Mənası: Dovşan  fabllarda  “qorxaqlıq” əlamətidir. Adətən  çavuşun,  yaxud  öz  əsgər  yoldaşının  dediyini  etməyib  paqonun  dediyini  edən  kəslərə  gülərək  işlədilən  yumoristik-satirik  fraza. Əslində  isə  hərbidə  hamı  “dovşandı”. Çünki  hamı  bir-birinə  tabedir.

S*kənə  hörmət  edərlər. Yoğun  lazımdır?”

Mənası: Yəni  söyüş  söyənə, əziyyət  verənə, vurana, güclüyə  qorxub  hörmət  edirlər,  dediyini  yerinə  yetirirlər, xoşluqla  deyəni  heç  kim   saymır. “Yoğun  lazımdır?” ifadəsi  həm  zabiti  bildirir, həm  də  cinsi  orqanı  qalın, yoğun  olanı. Belə  deyək: “Zabit  lazımdı?” Yaxud  “S*ki  yoğun  olan  lazımdı?”. Burda  “yoğun”  güclülük  əlamətidir.

Əzəldən  belədir  dünyanın  işi,

1  illik  paz  gəlib, il  yarım  kişi”.

Mənası: Əsgərlər  arasında  xidmət  müddətini  bildirən  əsas  fərqdir. “1illiksən?” – “hə”. Onda  bilirlər  ki, sən  oxumuş, savadlı  adamsan. Çünki  əksəriyyət  il  yarımdır. Ən  çox   ali  təhsillinin  olduğu  çağırış  iyul  ayınındır. Yuxarıdakı  şeir  parçası  il  yarımlılıqların  özlərinə  təsəlli  kimi  dediyi  sözlərdir. Amma  haqlılıq  payı  var. 1  il  xidmət  edən  il  yarımlığa  nisbətən  az  əziyyət  çəkir  və  tez  təxris  olunur. Bu  da  dövlətin  ali  təhsillilərə  göstərdiyi  “ 6  ay  qabağa  düşdün”  jesti.

Palet  eləmə, palet  yandırar  səni,

Hərbidə  zamplaet  yandırar  səni”.

Mənası: Palet  burada  “nəyisə  bildirmək”, “aşkar  etmək”dir. Yəni  bildirmə,  üzvurma  yanarsan. Hərbidə  də  bunu  etsən  zampalet (briqadanın  yaxud  taborun  komandirinin  tərbiyə  işləri  üzrə  müavini) səni  raport  yazaraq  yandırar. Kiminləsə  dava  etsən  və  ya  kiminsə  dava  etdiyini,  əsgəri  döydüyünü  görsən  Palet  eləmə, zampalet  bilməsin.

Əsgər  s*k  kimidir: başını  sığalladıqca  qalxır”.

Mənası: Əsgərin  başını  sığalladıqca, təriflədikcə  şişir, qudurur”.

Səni  s*kirlər – kayfını  tut”.

Mənası: Burda  “s*kmək”  əzab  vermək  deməkdir. Sənə  əzab  verirlər,  əzabın,  çətinliyin  kayfını,  ləzzətini  tut. Çətinlikdən  zövq  al. Bil  ki,  ağrının  da  öz  ləzzəti  var”.

Bir  zabitin  gülüşünə, bir  də  qəhbənin  s*kişinə  inanma”.

Mənası: Çünki  ikisi  də  yalandı, saxtadı,  aldadıcıdır. Zabit  ona  görə  gülür-güldürür  ki, zarafat  edərək  əsgərdən  söz  alsın, onun  zəif  cəhətini  öyrənsin. Gülüşü  sünidir. Fahişə  də  fırıldaqdı, səninlə  pula  görə  yatır, onun  sevişməyi  də  yalandı, saxtadı”.

Və  s.

Əsgərlik  haqqında  inanıram  az  da  olsa  anlayışınız  oldu. Oxuduğunuz  atalar  sözlərində  həyat  reallıqları  olsa  da, onları  etalonlaşdırmaq  və  dəyərli  bir  şey  kimi  həyatınıza  və  düşüncələrinizə  tətbiq   etməyə  ehtiyac  yoxdur. Çünki  mülkinin  “pul  qazanmaq”  kimi  öz  qanunu, hərbinin “xidmət etmək”  kimi  öz  qanunu  var. Mənsə  iki  tərəfin  də  qanunlarını  görüb-bilən, amma  öz  qanunları  ilə   yaşayan  adamları  sevirəm.

İndi  keçək  mövzumuzun   ikinci  hissəsinə- Əsgərliyin  yaralı  və  hörümçək  toru  basmış   “vor  zakon” düşüncələrinə. Əsgərlikdəki  2  idarə  üsulundan  danışacam.

 

Dedovşina (yazılmamış  qanunlar)

“Dedovşina”  rus  sözü  olub  mənası  “dedlərin (babaların)  əhatəsi”  deməkdir. Qısa  tarixi  belədir  ki, 2-ci  dünya  müharibəsindənn  sonra  Sovet  ordusunda  kadr  çatışmazlığı  yaranmağa  başladı. Və  bu  özünü  1967-ci  ildən  hərbidə  “dedovşina”  idarə-üsulunun  yaranması  kimi  göstərdi. Böyük Vətən müharibəsi illərində həbsdə olanları azad edib, hərbiyə göndəriblər. Onlar da həbsdə olan qayda-qanunu hərbiyə daşıyıblar. Budan sonra “Dedovşina” yarandı və genişləndi. Əsgərliyə  təzə  gələnlərə  çavuş,  gizir  və  zabit  yox ( çünki  azlıq  təşkil  edirdi – repressiya  və  müharibə  buna  səbəb  olmuşdu ), köhnə  əsgərlər  məşğul  olmağa,  daxili  qayda-qanunları  öyrətməyə  başladılar. Təbii  ki, hərbi  nizamnaməyə  zidd - amma  üzdə  nizamnamə  idi – yazılmamış  qanunları. Və  bu  da  sırf  kişilərdən  ibarət  bir  qurumda  özbaşınalıq  yaratdı. Qaydasızlıq  qayda  oldu. “Dedovşina”  nizamnamədən  kənar,  qeyri-qanuni  idarə  üsuludur. Köhnə,  öz  yerlərini  hərbidə  möhkəmlətmiş  əsgərlər  təzə  gələnlərə  zor  tətbiq  edirlər, döyüb  ciblərindəki  pulu,siqareti  yaxud  telefonu  alırlar,  öz  işlərini  onlara  gördürürlər. Hətta  qəsdən  əsgəri  döyürdülər  ki, baxaq-görək “suka”dı  ya yox. Yəni  bununlarla    demək  istəyirlər  ki, Mən  çoxdan  burdayam, buranın  “xaç  atası”  mənəm, mən  də  əvvəl  çox  əziyyət  çəkmişəm, indi  də  sən  çəkməlisən. Bunu  anlamaq  üçün  misal  çəkim: Siz  bir  evdə  uzun  müddət  yaşamısız  və  ora  yeni  sakinlər  gəlir. Qonaq  yox,  məhz  sakinlər. Artıq  onlar  da  sizin  kimi  bu  evdə  1  il  ya  18  ay  yaşayacaqlar. Siz  bu  evdə  yemək  də  bişirmisiz, evi  silib-təmizləmisiz  də. Təzələr  gələndə  əlinizdəki  süpürgəni  ona  verib  deyirsiz  ki, 3  ay süpürmüşəm, ala  indi  sən  süpürəcəksən. Sən artıq  istirahət  edirsən, onlar  işləyir. Uzun  müddət  bir  yerdə işləmisizsə  bilərsiz  ki, təzə-təzə  gələndə  adam  naşı  olur, heç  nə  bilmir,  saf  olur. Zaman  keçdikcə  hamını  tanıyır,  işləri  və  qaydaları  öyrənir. Yəni hardasa  mülkidə  də  “dedovşina”  yaratmaq  olar  və  cüzi  şəkildə  var. Amma  hərbi  kimi  qapalı  yerlərdə  bu  daha  qabarıq  və  üzdədir. Fikir  versəz  harda  ki, qapalı  yer  var, insanların  kontaktı  sıxdı, ümumirejimli  kolonya  varsa,  orda  dedovşina  yaranır. Dedovşinanın  yaranması  üçün  ərazinin  qapalı  və  məhdud  olması, insanların  sıx, kompakt  şəkildə  yaşaması  və  nəzarətin,  qayda-qanunun  olmaması  vacibdir. Müharibə  zamanı  hərbidə   dedovşina  olmur. Ölüm-dirim  mübarizəsində  psixoloji  olaraq  sən  bu  düşüncədə olmursan. Hər anın ölümdür. Onda  əsgər  yoldaşın  sənin  can  yoldaşın  olur.

Bəs  əslində  Dedovşinanı  kim  yaradır? Əgər  müdafiə  nazirindən  zabitinə  kimi  rüşvətxorluq  varsa, nizamnamə  işləmirsə, dedovşina  üçün  bu  əla  şəraitdir. Bu  şəraitdən  əsgərlər  istifadə  edəcək. Əsgərlikdə  “dedovşina”nı 90%  yaradan  “vor  zakon”  düşüncəli, yaxud  orta  təhsilli  əsgərlərdi. Ali  təhsillilərin  isə  cəmi  10  %- i   “dedovşina”  yaradır. Yəni  oxuyan,  təhsilli   adam  anlayır  ki, bu  düzgün  deyil. Bizim  hərbidə  mənasız  ölümlər  “dedovşina”  dövrünə  düşüb  və  dedovşinadan olub. Əsgər  dözə  bilməyib  əlacsızlıqdan  ya  özünü  güllələyib,  ya  da  əsgər  yoldaşını.

Amma  bir  vaxtlar,  3-4  il  bundan  əvvəl  olduğum  T.-un  3-cü  taborunda  dedovşinanın  ən  pis forması  vardı – belə  deyirlər. Elə  bil  “Dedovşinanın  allahı”  dağın  başında  oturmuşdu. “Cərimə  batalyonu”  kimi  adı  çıxmışdı. Dağda  idi  və  şərait  çətin  idi. Postdan  tabora  əsgər  gəlməyə  qorxurdu  ki,  döyəcəklər. Başa  işəmək  kimi  “sındırılma”  halları  vardı. Rüşvət  və  özbaşınalıq... Hərbinin  pis  günləri  idi. Və  lap  pis  günləri  də  vardı. Həmin taborun  qərargahında  divar  mətbuatının  xəbərlər  bölməsinində  belə  bir  “xəbərdarlıq  vərəqəsi”  vardı:

Hərbi  hissənin  3-cü  taborunun  minaatan  batareyasının  əsgəri  İsmayılov  Emin  Fərəməz  oğlu  əsgər  yoldaşı  Hüseynzadə  Səid  Əhməd  oğlunu  döyərək  xayasına  təpiklə  vurduğuna  görə  xayası  zədələnərək  amputasiya  olunmuşdur. Hərbi  prokurorluq  tərəfindən  cinayət  işi  başladılmış, Gəncə  hərbi  məhkəməsinin  qərarı  ilə  4  (dörd) il  azadlıqdan  məhrumetmə  cəzası  almışdır”.

     Ümumiyyətlə, Azərbaycan  ordusunda  müstəqillikdən  2014-cü  ilə  kimi  dedovşina  olub. General-polkovnik  Zakir  Həsənov  2013-cü  ildə  müdafiə  naziri   olandan  sonra  rəsmi  olaraq  2014-cü  ildə  “Dedovşina”nın  kitabı  bağlandı. Elə  bil  Dedovşina  adlı  kişi  minaya  düşdü  və  ayağını  itirdi. Ölmədi,  amma  artıq  gəzə  bilmir, sürünür,  yararsız  hala  düşüb. Onun  yerinə  Nizamnamə  adında  kişi  gəldi.

 

Nizamnamə (yazılmış  qanunlar)

2-ci  idarə-üsulu   hal-hazırda  mövcud  olan  Nizamnamədir. Uzun  desək, Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələrinin  Ümumqoşun  Nizamnaməsi. Bu  kitabda  hər  bir  hərbi  qulluqçunun  vəzifələri  yazılıb. Qanunidir. Nizamnamədə  olmayan  hərəkət  və  ya  söz  qanunsuzdur. Obrazlı  desək, “Nizamnamə”  kitabı  Hərbiçinin  “Quranı”dır. Amma unutmayaq  ki, hamı  “Quran”  oxumur  və  orda  yazılanlara  əməl  etmir. Maraqlısı  odur  ki, “Dedovşina”  YAZILMAMIŞ  qanunlardı. Yəni  bu  qanunlar  adı  üstündə  yazılmayıb. Faktiki  olaraq  belə  qanunlar  yoxdur,  o  qanunlar  beyinlərdədir. Heç  yerdə  yazılmayıb, amma  hamı  şüuri  və  qeyri-şüuri  əməl  edir. “Dedovşina”nın  ləpöş  qaydalarını  bizdən  ağıllı  olmayan  hansısa  “dümbül”lər  yazıb da. Dedovşina  görmüş  adam  dedovşina  yaradacaq. Yaratmasa  belə  onun  tərəfdarı  olacaq. Əməldə  də  olmasa  düşüncədə  mütləq. Nizamnamə  isə  mövcud,  faktiki  qanunlardı. Amma  çox  vaxt  dəqiq  əməl  olunmur. Bir  də  ki, bizdəki  nizamnamə  Sovetdənqalmadır.

 

 

 

Müqayisə

Dedovşina (Qanunsuz)                Nizamnamə (Qanuni)

Suka                                                Məruzə  edən

       Starşı                                               Baş  əsgər

Molodoy                                         Gənc  əsgər

Ded yaxud Dembel                        Köhnə  əsgər

Çepeşnik                                          İntizamsız  əsgər

Priziv                                                 Çağırış

 

Əsgərlikdə  “vor  zakon”luq

 

Əldən  telefon  vurmaq – əsgər  telefon işlədir, deyirsən  ver  baxım. O  da  verir. Köhnə  əsgər  də  baxır  telefona  bir -iki  mənasız  sual  verir “kimdən  almısan?” “kim verib?”, “sənindi?”. Baxmaq  üçün aldığı  telefonu  özünə  götürür. Beləcə  buna  “əlindən  telefon  vurmaq”  deyilir. Bu  yazılmamış  qaydalara  görə  molodoy  telefon  işlədə  bilməz. Əgər  köhnə  əsgər, daha  doğrusu  “starşı”  icazə  verərsə, işlədə  bilər. Amma  nizamnaməyə  görə  əsgər  telefon  işlədə  bilməz. Komandirə  yaxınlaşmaqla  evlə  əlaqə  saxlaya  bilər. Bütün  hərbçilər  üçün  internetə  çıxışı  olan  telefon  işlətmək  qadağandır. Dövlət  sirri  (hərbi  sirri)  söhbətinə  görə. Amma  heç  kim  buna  riayət  etmir.

Obşakdan (hamıdan, bütün  əsgərlərdən) pul  yığmaq – Dedovşinanın  şiddətli  vaxtlarında  belə  şeylər  çox  idi. Hamıdan  səbəbli  ya  səbəbsiz  pul  yığırdılar. “Hamı” deyərkən  əsgərləri  nəzərdə  tuturam. Əsgərin  maaşını  verirdilər, “starşı”  onların  hamısını  yığırdı. Zabit də  çox  güman  bunları  bilirdi  və  göz  yumurdu. Əsgərləri  idarə  edəcək  biri  lazım  idi  ki,  o  rahat  otursun. “Starşı”  təxris  olunmağına  az  qalmış  yerinə  başqasını  təyin  edir  və  hamı  ona  tabe  olur  ki, o  gedəndən  sonra  heç  kim  baş  qaldırmasın.

Əsgərdən  pul  yığmaq  cinayət  əməlidir,  nizamnaməyə  ziddir. Əsgərlər də  bunu  yaxşı  bilirlər.

Baş  qaldırmaq -  Təzə  əsgər  köhnə  əsgərə  cavab  qaytara,  yuxarıdan  aşağı  danışa  bilməz. Onu  başa  düşənə  qədər  öz  aralarında  “başa  salarlar”. Belə   düşüncə  var  ki, o  bura  təzə  gəlib  ağalıq  eləyə  bilməz. Bizə  tabe  olmalıdır. Elə  yeri  gəlmişkən  deyim  ki, təzə  əsgərin   köhnə  əsgərdən  zəhləsi  gedir, köhnə  əsgər  də  təzə  əsgərə  “peşka” kimi  baxır. Yəni  belə  ayrı-seçkilik  və  çaxnaşmalar  əsgərlikdə  çoxdur.

Pox  maşını – Kimisə  zibilə,  xataya, hərbi  prokurorun  qucağına  atana  “pox  maşını”  deyirlər. Əslində  “pox  maşını”  olan  əsgərin  funksiyası  poxları  ət  maşını  kimi  çəkməkdi.

 

ƏSGƏRLİK  TERMİNLƏRİ:

Molodoy – “gənc  əsgər”  deməkdir. Əsgərliyin  ilk  üç  ayında  “molodoy”  olursan. Boevoy (döyüş)  tabora  keçəndə  də  molodoyçuluğun  davam  edir. Üstünə  3  aydan  sonra  priziv (çağırış)  gələndə  molodoyçuluqdan  çıxırsan  və  köhnə  əsgər  olursan.

Priziv – “çağırış”  deməkdir. 4  çağırış  var. İyul, oktyabr, yanvar, aprel. Hərbi  komissarlıqdan  hərbi  xidmətə  yararlı  oğlanlara  “çağırış  vərəqəsi”  göndərilir. Çağırış 3  aydan bir  olur. Əsgərlikdə  eyni  çağırışda  hərbiyə  gələnlər  hardasa  “dost”  sayılırlar. “Necəsən, priziv?”.

Dembel – köhnə  əsgərdi. Hərbi  xidməti  başa  vurmağına  3  ay  qalmış  dembel  olursan. Yəni  sən  gedən  prizivsən. 1  illiklər  9  ayında  dembel  olur. 1  il  yarımlıqlar  15  ayında. Bəzən  ilyarımlıqlar  1illiklərə “kitayski  dembel”  deyirlər. Yəni  həqiqi  dembel  deyillər. Mənim  1 illik  dostum  ona  belə  deyənlərə  bu  cür  cavab vermişdi: “Azərbaycanski  dembel  olmaqdansa, kitayski  dembel  olmaq  yaxşıdır”.

Ded – “deduşka”  sözünün  qısaldılmışıdır. “Baba”  deməkdir. Təxris  olunmağına  1  ay  qalmış  əsgər. Ded  əsgərlərin  “starşı”sıdır.

Starşı – “Başçı”  deməkdir. Əsgərlər  arasında  ən  güclüsü,  sözünü  yeridə  bilən  əsgər  “başçı”  seçilir. O,  əsgərlərə  cavabdehlik  və  nəzarət  edir.

Pederaz - əsgərlikdə  işlənən rusca  söyüşdür. Mənası “götverən” deməkdir.

Pasyak – pinti, səliqəsiz, çirkli  əsgərə  bu  cür  deyirlər. Əsgərə  bit  düşsə,  zabit-gizir  deyəcək  ki, “pasyak  kimi  yaşayır  ondandı”.

Saçok – bəhanə  gətirərək  verilən  tapşırığı  fırladan  əsgər. Dəniz  donanmasında  tor  vasitəsilə  mərmi  gilizləri  yığmaqdan  başqa  heç  bir  iş  görməyən  matros.

Çepeşnik – nizam-intizam  qaydalarını  dəfələrlə  pozan  şəxs. Əsgərlikdə  əmrləri,  qaydaları  pozan əsgərə  deyilir.

Piser – rus  dilindən  “ yazan”  deməkdir. Komandirə  və  tağım  komandirlərinə, ümumən  zabit  heyətinə  yazı  işlərində,  sənəd-sünüdü  yazan,  onlara  başqa  əsgərlərdən  yaxın  olan  əsgər.

Suka – Mənası “satqın”, “qəhbə”, “kişi  qancığı”  kimi  səslənir. Şpionluqla, söz  çatdırmaqla,  satqınçılıqla,   işverənliklə  məşğul  olan  adamlara   verilən  addır. Hərbidə  adətən  öz  əsgər  yoldaşını  satan,  elədiklərini  qanunsuz,  ədalətsiz  hərəkətləri  barədə  komandirə  çatdıran  əsgərə “suka”  deyilir. Əsgərin əsgəri  satması  sukalıqdı. Amma  əsgərin satması  sukalıq  deyil. Bu  da  özlüyündə  “əsgər-zabit”  sindromundan  yaranır.

 

“Əsgər-zabit”  sindromu  nədir?

Əsgər  ən  kiçik  rütbədir. Leytenant, kapitan, mayor, polkovnik  və  generallar   zabit  heyəti  sayılırlar. Əsgərlə  zabit  arasında  antaqonist  münasibət  var. İkisinin  də  bir-birlərindən  zəhləsi  gedir. Bu,  bir  növ  siçan-pişik  düşmənçiliyidir. Əsgəri  ancaq  əsgər, zabiti  də  zabit  başa  düşər. Necə  ki,  varlı  varlının  yanındadır, eləcə  də  kasıb  kasıbı  müdafiə  edər. Əslində  isə  bu  başadüşməməzliyi  vəı  düşmənçiliyi  rütbələr  yaradır. Əsgər  zabiti  ona  görə  sevmir  ki, ondan  yüksəkdədir  rütbə  baxımından. Ona  əmrlər  verir, əziyyət  verir, təhqir  edir,  raport  yaza  bilər. Ona  görə  zabitə  etibar  etmir. Zabit  isə  əsgəri  ona  görə  sevmir  ki, əsgər  deyil, zabitdir. O,  kursant  olub. Düzdü  kursant  da  əsgərdi, amma  4 ilə  zabit  olacaq  əsgər. Hərbi  liseylərdə  əsgər  ən  “axırıncı”, ən “aşağı”  adamdı. Orada  zabit  “müqəddəs”  sayılır.  Hərbi liseylərdə  bir  məqsədi  var  kursantın (əsgərin) – zabit  olmaq! Bu  4  il  əsgər  psixologiyasından  zabit  psixologiyasına  keçiddir. Zabitin  özü  də  əsgər  olub  və  bilir  əsgərin  psixologiyasını. Tabe  ol  və  əmr  ver – bu  iki   qaydanın  yaratdığı  təəssüratı  yaxşı  bilir. Sanki  zabit  kursantlıqda  çəkdiyi  əziyyətlərin acığını  əsgərlərə  əmr  verərək, onları  cəzalandıraraq  çıxır, ləzzət  alır: əlbəttə  nizamnamə  çərçivəsində. Əvvəl  zabit  əsgəri  vururdu, ağız-burnunu  partladırdı. Bu  gün zabit  ehtiyat  edir  əsgərə  çırtma  vurmağa. Hal-hazırda  hərbidə  demokratiya  küləyi  əsir. Müdafiə  nazirliyi  tərəfindən  keçirilən  “anonim  sorğular”  var. Sən  suallara  cavab  verib,  istənilən  problemi  yaza  bilərsən... “Mənim əsgər  maaşımı  əlimdən  alırlar”, “döyürlər”, “qorxudurlar”, “gündəlik  ərzaq  payımızı  kəsirlər”, “bayrağımız  köhnəlib  dəyişmək  lazımdır”  kimi   şikayət  və  təkliflərini  yaza  bilərsən. Buna  aid  bir-iki  misal  yaza  bilərdim, amma  yazımız  çox  uzanacaq. Yəni  söhbətin  canı  budur  ki, barmağın  qanasa  soruşacaqlar  ki, bunu  kim  edib? – sözün  həqiqi  mənasında. Hərbidə   sənədlər  çoxalıb. Əvvəllər  1  silahımız  vardı – Kalaşnikov. “Nizamnamə”  gələndən  sonra  əlimizə  Qələm  adında  silah  da  verdilər.

 

“Əsgər-zabit” aspektindən  “sukalıq”  və  “piserlik”

Bir  əsgər  öz  əsgər   yoldaşını  başqalarından  pul  yığdığına  və  onun  özündən  hədə-qorxu  və  zorla  pul  tələb  etdiyinə  görə, komandirə  məruzə  elədi,  dedovşina  dilində  desək, “suka”ladı. Bunu  hamı  bildi  və  susdu.

Əsgərlərin  reaksiyası:-Suka! Öz  əsgər  yoldaşını  satdın. Necə  başın  yuxarı  gəzəcəksən? (pərdə  arxası) Düz  hərəkət  eləmədik, gördün  poxu  çıxdı!

Məruzə  edən (Suka)  əsgərin  reaksiyası: - Öz  əsgər  yoldaşlarını  soymaq  düzgün  deyil. Yığdığınız  pullara  telefon, siqaret  alacaqsız, amma  öz  əsgər  yoldaşlarınızın  cibi  boş  olacaq, siqaretsiz  qalacaqlar? Siz  əsgər  yoldaşlarınızı   soyduğunuza  görə  başı  aşağı  olmursuzsa,  mən  niyə  başı  aşağı  olmalıyam? (pərdə  arxası) Onlarla  dalaşıb  özümü  zibilə, prokurorluğa  düşüməyəcəm  ki. Mənim  ayağım  palçığa  batmağındansa, qoy  onlarınki  batsın. 

Zabitin  reaksiyası:- Yaxşı  əsgərsən. Halal  olsun, kişi  adamsan! İndi  onların  başına  itin oyununu  açım  sən  də  gör! (pərdə  arxası) Sukadı ki bu!

Dedovşina: -Pox  maşınıdı. Başına  işəmək  lazımdır. Ən  yaxşısı  uzaq  durmaq  ondan.

Nizamnamə: -Əsgər  öz  vəzifə  borcunu  yerinə  yetirib. Onun  vəzifə  borcunda  yazılıb  ki, əsgər nalayiq hərəkətlər etməməlidir və yoldaşlarını da belə hərəkətlərdən çəkindirməlidir. Sən  doğru  olanı  etmisən. “Suka”-zad  deyilsən. Sən nümunəvi  əsgərsən.

Bir  əsgər  komandirin  otağında  yazı  işindədir, piserliklə  məşğuldur. Piserliyə  nə  suka  kimi pis  baxmasalar da,   yaxşı da  baxmırlar. Niyə  yaxşı  baxmırlar? Düşünürlər, komandirə  yaxındı, hər  şeyi  ona  çatdırır.Piserə  yaxşı  baxılmamasının  əsl  səbəbi, əvvəl  piser  olan  əsgər  sukalıq  eləyib  komandirə  məlumat  çatdırıb. Komandir  də  bunun  əvəzində  ona  güzəştlər  edib, kömək edib, xidməti  asan  keçib. Beyinlərdə  qalıb  ki, bütün  piserlər  sukadı, ya  peysərdi. Qurunun oduna  yanan  yaş  kimi. Piserləri  də  ən  çox  ali  təhsillilərdən  seçirlər. Yazı  işi  rahat  yerdi. Əslində  hamı “çöplətmək”  üçün  bu  işi  görmək  istəyər. Amma  bütün  piserlər  suka  deyil. Sadəcə “piserlik”, “sukalıq” bir  streotip  kimi  formalaşıb  beyinlərdə. Məsələn, Siz sinəsinin  tükünü  qırxan  oğlanlara  necə  baxırsız? Pis? “Petux”du-deyirsiz? Kişinin sinəsini  qırxması  bizim  mentallığa  zidd  bir  şeydi. Bilirsiz  niyə  pis  baxırıq  biz? Çünki  nə  vaxtsa sinəsini  qırxan  adam  gey  ya  petux  çıxıb  və  bizdə  belə  bir  fikir  formalaşıb  ki, bütün  sinəsini  qırxanlar  “petuxdu”. Kişiliyi  tüklə  ölçməzlər. Əsgərlikdə  təmizlik  üçün qasığının   tüklərini  də  qırxırlar. Niyə  ayaqlarının  arasındakı  tüklərin qırxılması  yaxşıdır, sinənin  tükləri pis? Yoxsa  bizim  kişi  olub  olmadığımızı  sinəmizin tüklərindən  biləcəklər? Onda  bütün  məşhur  modellər, futbolçular, aktyorlar  “xoruz”dur? Çoxu  tüktökən  dərmandan  istifadə edirsə, kişi  deyillər  onda? Kişilik  xarakterə  xas  bir  şeydi, tükdən  asılı  bir  şey  deyil.

 

Nəticə

Nəticə  budur  ki, hərbi  insana  dəyər  verəsi  ən  axırıncı  yerlərdəndir. Hərbidə  birindən  şikayət  etsən, sənə  “suka” deyərlər. Mülki  həyatda  qonşundan  polisə  şikayət  et, adın  “şikayətçi”  olacaq. Hərbi  də  yazı  yaz  hörmətin  yoxdur, “piser”  deyərlər. Mülki  də  yazsan -yazıçı  olarsan, qat-qat hörmətin  olar. Mülkidə  şikayətçi  və  yazıçı  olan  adamlar, hərbidə  “suka”  və  “piser”  olur. Hərbi  insan  cəmiyyətinin  ən axırıncı  yeridir. Hərbidəki  bütün  bu  qaydalar  “fuflo”dur. Hansısa  axmaqlar  tərəfindən  yazılıb. Etalon  kimi  qəbul  etməyin. Hamısı  mənim  “s*kimdən aşağı  qaydalardı” -hərbidə  belə  deyirdilər. Bütün  qaydalar  başqaları  tərəfindən  uydurulub. Əgər  biri  qanun  yaradırsa  və  səndən  heç  nə  soruşmursa, sən  niyə  ona  əməl  etməlisən?

Həyatda  olduğu  kimi  hərbidə  də  vəziyyətə  uyğun  hərəkət  edəcəksən. Zamanın  nəbzini  tutacaqsan. Görürsən ki, zibilə  düşəcəksən, özünü sığortala. Bu  frazamı  unutma: “Həyat,  Ceniffer  Lopez  kimi  öz  götünü  sığortalamaqdan  ibarətdir”.

 

15  noyabr  2016

 


... dəfə oxunub
Qiymət: 9/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
10+10=
Hesaba giriş
Müəllif

ŞvartsMan
Əlaqə
Tel.:
055 519 35 77
E-mail:
gschwarzmann@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0323 saniye