Eşq dəryasının sevgi gəmisi...
Ağaəhməd Göyüşov tərəfindən "Digər yazılar" bolməsinə 13:28 20 yanvar 2016 tarixində əlavə olunmuşdur

Bu günlərdə hamı sevir. Kimi danışdırdınsa, aşiqdir"   Kimi sevirsən? Necə sevirsən? Necə oldu aşiq oldun? Bu sualları veririkmi özümüzə? Bəs, sevirəm dediyin sevginin ömrü, davamlılığı və sevdiyinə sevgin nə qədərdir? Nələri edərsən onun üçün? Və ya nələri etməzsən, nələrdən əl çəkərsən?    Sadəcə sevirik. İnsanı sevirik, insanlığı sevirik, Allahı sevirik, işi sevirik və s. Sadəcə sevirik. Sözdə...     Əvvəl sözün də etibarı vardı. Bir kəlmə söz kağızdan da, sənəddən də, imzadan da üstün idi. Hələ o sözü deyərkən "kişi sözü" deyəndə. İndi ya sözlər adiləşib, ya da kişilər azalıb. Bəlkə kişilər olduğu saydadı, kişilik anlayışının ifadə etdiyi anlam dəyişib və ya dəyişdirilib.  Bəlkə, dəyişdirənlərdən çox dəyişilənlər razıdır hallarından? Bəlkə də razı olmalı olduqlarının fərqindədirlər. Hər nəysə mövzu kişi və ya kişi sözündə deyil, mövzu eşqdədir.   Nə qədər insanlar varsa, o qədər də eşqin təzahür nümunəsi ola bilər. Hər insanın eşqi, eşqini göstərməsi fərqli-fərqli ola bilər, amma bunlara baxmayaraq, hər biri eşq adlı dəryada mütləq sevgi gəmiləri ilə səyahətə çıxıblar. Onların gəmilərinin ölçüsü, rəngi, davamlılığı müxtəlif ola bilər, amma onları birləşdirən əsas əlamət eşq dəryalarında olmalarıdır. Onlar baş vurduqları dəryanı müxtəlif üslubda, müxtəlif tərzdə,  bir çox hallarda natamam anlasalar da, yenə də onlar eşq dəryasında dövr edən sevgi gəmisinin kapitanlarıdır. Əsas məsələ gəmini işə salmaq, dəryaya baş vurmaqdırsa da, işlər bununla yekunlaşmır. Bəs gəmimiz nə qədər üzəcək? Davamlımı olacaq, yoxsa qayıqla dəryaya gələnlərdən zərrə qədər də fərqimiz olmayacaq? Bəziləri qayıqlarla dəryaya baş vurduqları halda, qayıqlarını gəmiyə çevirib, uzun yol üçün azuqələrini artırdıqları halda, biz gəmi ilə dəryaya gəldiyimiz halda  neyləməli? Bəlkə də birinci olaraq eşqin nə olduğunu araşdırmalı, öyrənməliyik? Ona uyğun gəmi hazırlamalı və azuqə yığmalıyıq. Bəlkə, eşq dəryasını anlasaq, o dəryadan çıxmaq istəmərik. İstəmiriksə, azuqələr artmalıdır. Azuqələr artırsa da, biz, artıq get-gedə böyüyən, hər dəfəsində kiçik gəmini daha da böyük gəmi ilə əvəz edən kapitanlar olacağıq.    Yaxşı tutaq ki, eşq dəryası nədi anladıq, bəs sonra? Elə anlamağımız bəsdi?  Eşqdən danışan xəyanətkar və vəfasız aşiqlər kimi. Sadəcə danış, bil, eşit. Sadəcə sözlər yığını. Bəs sonra? Özün heç bildiyin, eşitdiyin eşq dəryasından bir damla su içib sirab oldunmu?  O qədər duzlu, şor su içmişik ki, eşq suyu zənn edib həqiqi eşq damlası belə bizə yad gəlir... Özümüzü o qədər eşq dəryasından, sevgi, məhəbbət damlası saydığımız damlalara öyrətmişik ki, hər dəfəsində meylimiz yenə o damlalara olur. Bilirik ki, bu damlalardan yaranan ümmanlar bir yana,  eşq dəryasından olan damlanın damlası bir yana...      Bilməyimiz bəs edir? Bəs bildiklərimizin həyatımıza, eşqimizə təsiri, tətbiqi necə olsun? Hamı özü üçün qəhrəmanlar seçir. Hamı  o qəhrəmanlara oxşamaq istəyir, onlar kimi olmaq istəyir. Bəs, onların yaşadıqlarının yüzdə birini yaşadıqmı, onların çəkdiyi çətinliklərin yüzdə biri ilə rastlaşdıqmı? Rastlaşdığımızda neylədik?  Əgər özümüzə örnək götürdüyümüz şəxslər, eşq dəryasının kapitanları (ən aliləri, çünki örnək alilər götürülür) , gəmiləri lövbər salmayan və daima artan sürətlə irəliləyənlərdisə, onlar, eşq dəryasının tələbinə tam cavab verənlərdir deyə hələ də bu dəryaya çıxan gəmilər üçün nümunədirlər...   Nümunələrdən çox danışmaq olar. Onlardan öyrəndiklərinin həyatına tətbiqi maraqlıdır, onların necə olmasındansa...


... dəfə oxunub
Qiymət: 6/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
5+21=
Hesaba giriş
Müəllif

Ağaəhməd Göyüşov
Haqqında
Araşdırmaçı yazar, təlimçi
Əlaqə
E-mail:
agaahmedgoyusov.93@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0325 saniye