EŞQİM GİLƏ-GİLƏ BURNUNDAN GƏLSİN
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 18:32 09 iyun 2018 tarixində əlavə olunmuşdur

EŞQİM GİLƏ-GİLƏ BURNUNDAN GƏLSİN

 

Ay qəlbi daşlaşmış ürəksiz bivec,

Əgər qarşılaşsaq dinməzcə öt-keç.

Tək bircə sözümü anlamadın heç -

Eşqim gilə-gilə burnundan gəlsin!

 

Sevdalı qəlbimi vermişdim sənə,

Tapdadın ruhumu sən dönə-dönə.

Hər yerdə demişəm… deyirəm yenə -

Eşqim gilə-gilə burnundan gəlsin!

 

Demirəm ölginən getdiyin yerdə,

Nə də ki ürcah ol sağalmaz dərdə.

Yalvarıb, mərhəmət diləmə bir də -

Eşqim gilə-gilə burnundan gəlsin!

 

Tənəli sözlərin yadımdan çıxmaz,

Bulanan suların durulub axmaz.

Bir də dəli könlüm arxanca baxmaz -

Eşqim gilə-gilə burnundan gəlsin!

 

Niyə sənə görə dünyam dağılsın?

Qoy, qisas qiyamət gününə qalsın!

Acı göz yaşların “həmdəmin” olsun -

Eşqim gilə-gilə burnundan gəlsin!

 

Hərdən üz tutsan da dağa-arana,

Seymuru nahaqdan gəl salma qana.

Məlhəm tapılmasın heç vaxt yarana -

Eşqim gilə-gilə burnundan gəlsin!

 

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV

Yazılma Tarıxı 09.08.2018


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+6=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0284 saniye