Eşqimin xırmanını dən ilə doldursa o yar,
Qala bilməz aşiqi əsla dəyirmanda bekar.
Verərəm fikrimi mən üyütmək üçün dənimi,
Vaxtım hardan olacaq çəkmək üçün min ahı - zar.
Başımız yaxşı işə qarışmış olsun həmişə,
Xəbəri onda tutaq ötüb - keçibdir o qatar.
Seyr edib, gəzdiyimiz sevgi bağın abad edək,
Qoy desinlər, bu günün öz leyli - məcnunları var.
Şam edib qəlbini Ümman, sənin üçün əridib,
Sən də sev yarını, yarım, daha heç etmə qubar.