Əsilzadə it - Flaffi
Vüsal Məmmədzadə tərəfindən "" bolməsinə 19:14 27 may 2014 tarixində əlavə olunmuşdur

 

 

 

 

 

 

 

Liza sevimli iti Flaffi ilə bir yerdə yaşayırdı. Liza ona çox gözəl qulluq edirdi. Hətta, Flaffi qiyməti 50 dollardan ucuz olan heç nə yemirdi. Onun, həqiqətən, bahalı ağız dadı var idi...

Günlərin bir günü Flaffi itti. Liza onu hər yerdə axtardı. Amma tapmadı. "Flaffi, əziz dostum, indi tək qalmısan. Hardasan?", - o, ağlayırdı.

Kasıb Flaffi bir müddət təkcə gəzdi. O, hara gedəcəyini bilmirdi. Artıq saat 4 qəlyanaltısının da vaxtı çatmışdı. "Mən nə edəcəm?" - Flaffi düşünürdü.

Artıq saat 8 idi. Flaffi çox acmışdı. O, yemək yeyib hamamda yuyunmaq istəyirdi. Axı o, hər gün saat 8-də çimirdi.

Saat 10. Flaffinin aclığı fəlakət dərəcəsinə çatmışdı. O, yemək yemək, yuyunmaq istəyirdi. Flaffi hamamı və yumşaq yatağı üçün darıxırdı. Elə bu vaxt o, boz, yekə bir itlə rastlaşdı.

Boz it nəsə çeynəyirdi. Flaffi ona baxmamağa çalışırdı. Lakin çox ac idi. "Nə istəyirsən?", - qəflətən boz it soruşdu. "Hmm... Bir az yemək və yuyunmaq üçün hamam pis olmazdı", - Flaffi cavab verdi. Boz it güldü, "Hamam?". "Bəli, hamam. Mən yorğunam və çox acam, həm də çirkliyəm", - Flaffi dedi. "Yaxşı, nə deyirəm, gəl gedək mənim saunama", - boz it üzünü Flaffiyə tuttu.

Boz it bunları deyib gülə-gülə uzaqlaşmağa başladı. "Gözlə məni", - Flaffi hürdü, "Nə olar, getmə. Mən yalnızam, mənim yeməyə ehtiyacım var".

Flaffi çox qəmgin görünürdü. Iri boz it ona tərəf baxdı və geri qayıtdı. "Adın nədir?", - boz it soruşdu. "Flaffi. Bəs sənin?", - Flaffi gülümsədi. "Mənim adım Bamdır", - boz it cavab verdi, "Mənimlə gəl. Düzdür, hamamım yoxdur, amma çimmək üçün də müxtəlif üsullar var. Bir şey fikirləşərik". Onlar su xortumuna tərəf irəlikədilər. Flaffi yaxşıca çimdi.

Daha sonra Bam Flaffiyə bir az yemək verdi. Flaffi əvvəl etiraz etmək istədi, ancaq ac olduğu üçün qəbul etməli oldu. Axşam yeməyindən sonra Bam Flaffidən soruşdu, "Yaxşı, de görüm, evin hardadır?". "Mən Liza ilə bir yerdə yaşayıram. O, mənim qayğıma qalır. Mənə yemək verir. Çimizdirir...", - Flaffi cavab verdi. "Liza yaxşı qız imiş", - Bam dedi. "Hə, elədir", - Flaffi razılaşdı, "Ümid edirəm, Liza mənim sevimli yeməklərimi mən onu tapana kimi saxlayacaq". Qısa tanışlıqdan sonra Flaffi və Bam ay işığı altında yuxuya getdilər. Flaffi yuxuda yeməklərini və hamamını gördü".

Flaffi yuxudan erkən qalxdı. O, ümid edirdi ki, başına gələnlər yuxudur. Ancaq gözlərini açan kimi yanında Bamı gördü. "Saat 9-dur, çimmək vaxtın çatıb", - Bam Flaffiyə baxıb güldü. "Mən saat 9-da çimmirəm. Saat 9-da mənim qolf oyunum olmalı idi", - Flaffi qəzəblə dedi. "Qolf? Sən qolf oynayırsan?", - Bam təəccüblə soruşdu. "Əlbəttə. Özü də, çox yaxşı oynayıram", - Flaffi cavab verdi. "Bəlkə də. Amma mən sənə inanmıram. Bir itin qolf oynaya biləcəyinə onda inanaram ki, bu, mənim gözümün qarşısında baş versin", - Bam dedi. Bunu eşidən Flaffi ayaqları üstə qalxdı və qaçmağa başladı. "Hey, hara gedirsən, balaca itcik?", - Bam hürdü və onunla birlikdə qaçmağa başladı. "Mən sənə göstərəcəm necə qolf oynadığımı. Sənin qolf meydançan hardadır?", - Flaffi soruşdu. "Mənim qolf meydançam yoxdur", - Bam cavab verdi. "Eybi yox. Taparıq", - Flaffi dedi.

İki it parkdan çıxana qədər qaçdılar. Birdən Flaffinin qarşısına bir ağac parçası çıxdı. O, çox sevindi. "Düzdür, qolf üçün ideal deyil, amma heç yoxdan yaxşıdır", - o, dedi. Sonra başladı torpaqda oyuq qazmağa. Oyuq da hazır olduqdan sonra Flaffi Bama, "Indi mənə bax", - dedi. Flaffi çubuğunu əlinə aldı. O, çox ciddi görünürdü. Bam diqqətlə onu izləyirdi.

5 dəqiqə sonra Flaffi əlindəki çubuqla topu vurdu. Top Flaffinin zərbəsindən sonra oyuğa düşdü. Flaffi sevincindən atılıb düşürdü. Artıq onu alqışlamaq olardı.

Bam təəccüb içində olanları nəzərdən keçirirdi, "Sən, həqiqətən də, əlasan!". "Əlbəttə, eləyəm", - Flaffi razılaşdı, "Bəs sən hansı idmanda bacarıqlısan?". Flaffinin gözlənilməz sualına cavab axtaran Bam, "Evin yanında oturmağı çox gözəl bacarıram", - dedi. "Mən bunun idman olduğuna əmin deyiləm", - Flaffi fikrini bildirdi. "Əlbəttə, bu idman deyil. Mən sadəcə ev xiyarıyam", - Bam bildirdi. "Ev xiyarı?", - Flaffi başa düşməmişdi. "Hə, ev xiyarı. Necə ki, bəzi insanlar divan kartofu adlanırlar", - deyən Bam fikrini izah etməyə başladı, "Divan kartofları bütün günü televizor qarşısında uzanırlar və televizorda nə verirlərsə, hamısına baxırlar. Yeməklərini orda yeyirlər, orda çay içirlər. Bir müddət sonra da kartofa dönürlər. 

Mən də ev xiyarıyam. Bütün günü evin yanında uzanıram". "Bəs sən niyə kartof yox, xiyarsan?", - Flaffi soruşdu. "Insanlar kartofdur, itlər isə xiyar", - Bam təmkinlə izah etdi.

Daha sonra Bam, "Dostum, artıq getmək vaxtıdır. Əminəm ki, sənin sənin özünə qulluq etmək vaxtın çatıb. Saat 11-dir", - dedi. "Hardan bildin?", - Flaffi təəccübləndi. Və onların gözəl dostluğu bu cür başladı...


... dəfə oxunub
Qiymət: 8/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
9+7=
Hesaba giriş
Müəllif

Vüsal Məmmədzadə
Haqqında
Bakalavr: Bakı Slavyan Universiteti - jurnalistika // Magistr: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Doktorantura: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Vaxtınız olsa, YouTube kanalıma da baş çəkin. Arabir maraqlı hesab etdiyim mövzulardan danışıram :)
Əlaqə
E-mail:
rossovusal@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0563 saniye