Əsl həyat irəlidədir...
Aysel Abdullazadə tərəfindən "Esse" bolməsinə 00:49 14 dekabr 2015 tarixində əlavə olunmuşdur

Ətrafına bax: Dərdi, qəmi olmayan varmı? Dünya halıdır bu. Şirinsi az, acısı çoxdur. Sevinci az, dərdi çoxdur. Ətrafına bax: Atalara, analara, qardaşlara, bacılara, dostlara. Evlərə, iş yerlərinə bax. Çoxunun əzablarına ürək dözməz. Hər evdən bir inilti, bir fəryad, bir nalə yayılır. Hər gözdən yaş axır. Amma nə qədər fəlakətlərə səbr edənlər var. Dərdi qəlblərinə axıdanlar var. Bir tikə çörəyi tapmayanlar, həyatın ağır yükünü cılız bədənləri ilə daşımağa çalışanlar var!

Ətrafına bax: Təkcə sən deyilsən sıxıntı, kədər və ağrı duyan. Təkcə sən deyilsən əzilən! Təkcə sən deyilsən ümid etdiyini tapa bilməyən! Bəlkə başqasına nisbətən, sənin gülmən lazımdır, halına şükr edib sevinmən lazımdır!

Ətrafına bax: Nə qədər xəstə var, illərlə yatağında ağrı və sancı tutması ilə inləyən. Nə qədər yoxsul var, evinə, ərinə, uşağına üzlərini güldürən bir xəbərlə, qarnını doyduracaq bir ərzaqla evinə qayıtmağı xəyal edən. Neçə-neçə kimsəsiz, yaşlı var, danışacaq, halını soruşacaq, üzünə gülümsəyəcək birini gözləyən.

Ətrafına bax: Və umduğun şeyləri, əlindəkilərlə düzəltməyə. Həyatın müsbəti ilə mənfini, şirini ilə acısını, sevinci ilə kədərini yüngülləşdirməyə çalış! İstər bəyən, istər bəyənmə, budur həyat! Üsyana ehtiyac yoxdur. Dünya elə budur, dəyişdirmənə imkan yoxdur. Acı olmayınca şirininin dəyəri olmaz. Pislik görülməyincə yaxşılığın dəyəri bilinməz. Müharibə olmayınca sülhün qiyməti bilinməz. Qocalıq olmazsa, gəncliyin, xəstəlik olmazsa sağlamlığın, yoxsulluq olmazsa, varlığın dəyəri bilinəz!

O halda ətrafına bax və gününü yaxşı yaşa. Həyatın reallığından qaçma. Xəyal aləminə qapılma. Həyatı olduğu kimi qəbul et. Əlində olanlara kifayətlən, sahib olduğun şeyə şükr et. Ətrafına yaxın ol, onları xoşbəxt et. Lazım olanda bağışla. Bəzən də göz yum. İmkansız arxasınca getmə.

Ətrafına bax: Cəza evlərində nə qədər insan var, illərdir günəşi görməmiş, çölə kənara çıxmamışdır. Qocalar evlərində nə qədər yaşlı var, illərdir onunla bayramlaşacaq, əlini öpəcək birini gözləmişdir. Neçə-neçə ana-ata var, gənc yaşda övladını itirmişdir. Nə qədər evlər vardır sevinc və fərəh yaşayarkən, bir anda xarabalığa çevrilmişdir.

Bu halda ətrafına bax və sıxıntını böyütmədən, özünü digərləri ilə müqayisə et.

Ətrafına, keçmişinə bax və düşün:

Bəşəriyyətin Ağası Son İlahi Elçi də daşlandı,mübarək üzü və başı yaralanıb. Dişi sınıb, doğma yurdundan çıxarılıb. Ən yaxın dostları öldürülüb. Oğlu,qızları öldürülüb. Ərzaq tapmadı, ağac yarpaqlarını yedi. Aclıqdan qarnına daş bağladı. Elçiliyi inkar edilib. O (ə.s.ə) na şair dedi, sehrbaz, yalançı dedilər. Bundan da böyük dərd olarmı?

Tarixdə bütün böyüklər oxşar bəlalar çəkmədilərmi? Həzrət Zəkəriyyə öldürülüb. Həzrət Yəhyanın boğazı kəsildi. Hz.Musa yurdundan qovuldu. Həzrət İbrahim oda atıldı.

Digər böyüklər də eyni acı çəkdi. Amma heç biri,dərdini böyütmədi. Həyatdan əl çəkmədi. Ümidini kəsmədi. Həyata ümidini qırmadı.

Və unutma ki: Bu dünya, hər canlı üçün olduğu kimi, sənin üçün də müvəqqətidir. Çünki əsl həyat irəlidədir.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+20=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0239 saniye