ƏSL SEVGİNİN ADI
Gülnarə Sadiq tərəfindən "Esse" bolməsinə 18:00 08 iyun 2014 tarixində əlavə olunmuşdur

Birini necə sevmək olar sizcə? Məncə əsl sevgi ilk öncə qəlbdə olur,daha sonra ürəyə,beynə və sonra yavaş-yavaş qana keçib insanın bütün vücuduna yayılır,sümüklərinə işləyir və bütün bunlar bir anda baş verir.                                                                                                                                                                                                Məncə insan bir anda sevir.İlk dəfə onu görəndə hətta səsini belə duymamış sevməyə başlayısam.Unudursan onun nəfəsində bütün dünyanı,elə hər dəqiqə onun qoxusunu ürəyinə çəkmək istəyirsən. Onu sevdiyini anlamaq üçün onunla bərabər ağlayırsan,gülürsən.O yatmayanda sən də yatmırsan.Ən gözəl gecələrini ona həsr edirsən,bütün həyəcnlarını onunla bölüşürsən.Dərdli olanda sıxırsan onun nəfəsini köksünə məlhəm olur sənin dərdinə.Onun gözlərində tapırsan həyatını,varlığını.               Aylarla ondan bircə kəlmə söz gözləyirsən o da onun sənə baxaraq şirin dili ilı sənə “Ana”deməsidi.indi siz deyin mənə dostlar elə əsl paylaşılmayacaq,bölüşülməyəcək sonsuz bir sevdanın adı “Ana sevgisi”deyilmi.


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
5+10=
Hesaba giriş
Müəllif

Gülnarə Sadiq
Haqqında
Gülnarə Sadiq – Qasımova Gülnarə Ələkbər qızı 1985-ci il Azərbaycan respublikası,Gəncə şəhərində anadan olub.İlk təhsilini 2000-ci ildə həmin şəhərdə bitirdikdən sonra Gəncə Dövlət universitetinə qəbul olmuş və 2006-cı il həmin unuversiteti bitirmişdi.Uşaqlıq illərindən ədəbiyyata olan marağı Gülnarə qısa şeirlər yazırdı.Yazıları “Töhvə”, “Odlar Yurdu“qəzetlərində,”Məhəbbət işığında”,”Gəncliyin Səsi” almanaxlarında derc edilmişdi.Gəncə Dövlət Universitetinin nəzlində fəaliyyət göstərən “Gəncliyin Səsi”ədəbi dərnəyinin üzvü olmuşdu.Halhazırda www.vehdet.org saytının baş redaktorudu.
Əlaqə
E-mail:
edebi-islami.vehdet@yandex.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0287 saniye