Əslində bilirsən?
Xanım Əliyeva tərəfindən "Digər yazılar" bolməsinə 17:57 29 iyul 2015 tarixində əlavə olunmuşdur

Əslində bilirsən? Mən hər şeyi bilirəm. Ona toxunuşların, quru baxışların. Sən onu sevmirsən. Sadəcə belə olmalıdır deyə belədir. Başqa çarən yoxdur. Bu qədər güclü və əzəmətli insan sevmədiyi qadınla evli olmağa məhkumdur. Amma haraya qədər? Məgər bu əzablar bir gün bitməyəcək. Sənin gözlərindəki boşluq, əllərindəki soyuqluq bir gün dəyişməyəcək? Yazdığıqların və dediklərin əslində səni ifadə etmir. Səni ifadə edəcək sətrləri sən çoxdan məhv etmisən, ya da az bir hissəsini demisən. Amma qalanlar anlamaz bunu. Hətta dosltarını qucaqlayarkən belə onlardan zərbə gözləyirmiş kimi gəlirsən mənə. Lap elə bu an kimsə bıçağı çıxardıb, arxana saplayacaq kimi bağrına basırsan onları. Mən hər şeyi bilirəm. Başqalarının mənə aid olmayan sirrlərini bilmək əslində heç də maraqlı deyil. Əksinə ürərim ağrayır sənə görə. Başqalarına az qala həyat məktəbi keçə biləcək birisi nikahda xoşbəxt deyil, ələxsusda bu nikahdan övladı varsa.O vaxt səni izlədiklərimdən gəldiyim nəticədir bu. Sən hiss edirdin ki mən səni müşahidə edirəm, ancaq nə fayda sən çarəsiz idin. Elə indi də sevmədiyin qadınla bir damın altında yatmaq və oyanmağa məhkumsan. Başqalarına azadlıq ikonası kimi görünən şəxs evində məhbusdur. Bu əslində böyük faciədir. Bəlkə bir gün hər şeydən bezib, ailəni dağıtdın. Bəs körpən, sən axı körpəni atasız böyüdəcək vicdansız kişilərdən deyilsən. Bəlkə də vaxtını gözləyəcəksən. Gör nə qədər də pafoslu səslənir. Lakin əfsuslar ki burada sənin yazdığın sətrlədən fərli olaraq sarkazm yoxdu. Həyata sarkastik düşüncəylə yanaşan birinin həyatı traqikomediyadır. Sənin qəlbinə daxil olaraq, səni sərtbəsətr oxumaq, sirrlərini bilmək, ancaq hefislənməkdən başqa çarəm qalmır. Bir tərəfdən də iki insanın bildiyi sirr sayılmır. Sənin bədbəxtliyin haqqında məndən başqa kifayət qədər insan xəbərdardı. Mənim kimi onlar da susur. Çünki sən susursan və buna haqqın var. Sən sənə aidiyyatı olmayan cəzanı çəkirsən. Əslində bilirsən? Yox, sən hər şeyi bilirsən.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+15=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0667 saniye