Esmeralda
Alçin Doqquz tərəfindən "Hekayə" bolməsinə 21:49 10 aprel 2014 tarixində əlavə olunmuşdur

Saat 11-ə işləyirdi. Yenə tozlu bir Bakı səhərində günəş bulud arxasında rəqs eləyirdi. Bazar günü olmasına baxmayaraq şəhərin mərkəzi küçələri qaynayırdı. Hamı bu bazar gününü səhər bir gəzinti ilə dəyərləndirirdi. Ara bir gənclərin gülüş səsi maşın siqnallarına qarışıb itirdi. Bakının bu qədər sakit və sıxıcı olması heç də təəccüblü deyildi. Barlar dünəndən qalmış dağınıqlığı düzəldib , axşam yeni bir şouya hazırlaşırdı. Belə barlardan biridə 28-də yerləşən " Las Vegas " barı idi. Barın adı Las vegas olsada , Amerikayla heç bir oxşarlıq yoxuydu. Normal şəhər insanları gələr , tuta bildiyi qızı tutar evə aparar , pulun verərdi. Tuta bilməyənlər isə içib yolda uzanıb yatardı elə. Amerikadan fərqli olaraq bizim yanıq gənclər striptizci qızlardan əlavə barmen qızlara da girişirdilər. Hər-halda bardı. Yaxşı qız barda işləməz. Amma işləyərmiş..
Esmeraldanın 17 yaşı var və bu il 3 aydan sonra 18 olacaq. Ən pisi isə oduki valideyinləri tərəfindən atılıb və o uşaqlar evində qalır. 3 aydan sonra onu uşaqlar evindən çıxardacaqlar. O isə artıq 5 aydıkı 1 barda işləyir. Bardakılarında , uşaqlar evi müdirliyinində bundan xəbəri var əlbəttə amma Esmeraldanın xahişi ilə buna icazə veriblər. 5 yaşında valideyinləri tərəfindən 1 saylı uşaq evinə verilən Esmeralda , həmişə gözəlliyi ilə seçilib. Küçədə gəzəndə heç kim deyə bilməz ki , bu sarışın qız uşaqlar evində böyüyüb. Oğlanların ağzının suyunu axıdaraq "Yəqin nazir balasıdı , bomba şeydi " deməsi qədər cazibədar görünürdü. O saat 6 dan gecə 1-ə kimi barda işləyir , ayda cəmisi 500 azn maaş alırdı. Bu pulu yıgrdıkı 18 yaşı olduqdan sonra özünə ev ala bilsin. Axı uşaqlar evi daha onu saxlamayacaqdı.
Səhər yuxudan durub yeməyin yemişdi. Arxa həyətdə qırmızı marlbrosun tüsdülədirdi. Uşaqlar evi müdirinin yatmaq təklifinə yox dediyi üçün müdir onu sevmirdi ona görə nə vaxt siqaretlə görsəydi cəzalandırırdı. Buna görə də o siqaretini arxa həyətdə çəkirdi. Uşaqlar evindəki digər qızlar artıq çoxdan fahişə olmuş , bəziləri isə ərə getmişdi.
Həmişəki kimi işə biraz tez gedirdi. Yolda biraz gəzir , dəniz kənarında rolik sürən uşaqlara baxırdı. O da sürmək istəyirdi ama bacarmırdı. Valideynlə gəzən uşaq görəndə həmişə başını aşağı salıb qulaqcıqlarını taxardı. Bu cür gözəl qız Azərbaycanda doğulduğu üçün həyata 1-0 geridə başlamışdı. Oğlanların ona fahişə gözüylə baxmasından bezmişdi. Niyə bu ölkədə gözəlsənsə fahişə sayılırsan axı ?
Artıq saat 5 idi. Bara gəlmişdi. yenə işlər yoğun idi. Qızlar yavaş-yavaş yığılırdı. Esmeralda striptizci qızlara baxır , onların bədənlərini turba üstündə necə hərəkət etdirməsini izləyirdi. Bu ona çox qəribə gəlirdi. Striptizci qızların Esmeraldadan zəhləsi gedirdi , çünki Bara gələn Oğlanlar , varlı biznesmenlər striptizci qızlardan çox Esmeraldaya baxır , onun gözəlliyi qarşısında donub qalırdılar. Halbuki Esmeralda sadəcə içki paylayan bir barmen idi. Bir neçə dəfə striptizci qızlar Esmeraldaya böhtan ataraq onu müdirə şikayət etmişdilər amma müdir bilirdi ki , Esmeralda elə qız deyil ona görə də heçnə demirdi Esmeraldaya. Striptizci qızlarsa buna görə bir dəfə Esmeraldanı gecə çöldə tutub döymüşdülər. Esmeralda həmin gecəni parkda qalmışdı. Ancaq edəcəyi heçnə yox idi. Fahişə olan o qızlar deyil Bakı idi. Həyat idi. Həyatı idi..
Saat 7-nin yarısıdı artıq müştərilər yavaş-yavaş gəlirdilər. Esmeralda içkiləri hazırlayırdı. Birazdan buralar Keşlə bazarından betər olacaqdı. Gecəyə doğru hər şey qarışırdı. tez-tez davalar olurdu amma yekəpər cangüdənlər gəlib dava salanı çölə çıxardıb döyürdülər. Esmeralda yenə biznesmenlərin atəşli baxışlarıyla qarşılaşır ardınca isə striptizci qızların qısqanc baxışlarına şahid olurdu. Gecə bitimində qulaqcığın taxıb tələsik uşaqlar evinə üz tuturdu. Gələn kimi həyətdə siqaretin çəkib yerinə uzanırdı. Bəzən kitab oxuyur , gündəliyində qeydlər aparırdı.
Onun artıq 1 ayıda belə getmişdi. Günlər getdikcə qısalır , azad olmasına çox az qalırdı.
Yenə normal bir gün idi. O müştərilərin istəklərinə uygun içkilər süzür , deyilən xoş sözlərə təşəkkür edirdi. Bu vaxt bir adam piştaxtaya yaxınlaşıb dedi :
- Salam gözəl qız
- Salam cənab , buyurun
- Sizə nətəklif edə bilərəm
- Mən barmenəm , striptizci qızlar qarşı tərəfdədirlər cənab.
- Hahaha , yox elə demirəm , içki deyirəm , sizə nə təklif edim ?
- Barmen mənəm , cənab , siz nəsə istəyirsiz ?
- Onda 2 dənə viski süz
- Buyurun
-....
-...
- hmm xanım , dediniz adınız nədir ?
- Esmeralda
- Mən də , Orxan , şad oldum
- Mən də , cənab
- Çox mədəni danışırsız , bilirəm ki ehiyacdan burda çalışırsız yoxsa heç gəlməzdiz
- Hardan bilirsiz ?
- Nəbilim , elə təsir yaradırsan. Ən azı bu cəhənnəmdə heç kim işləməz
-...Aha...düzdü

Oğlan çox yaraşıqlı eyni zaman da alicənab biri idi. Digər yanıqlara bənzəmirdi. Esmeralda da belə yerdə elə birini gördüyünə təəccüblənmişdi. Bütün gecə boyu oglanın hərəkətlərinə fikir verdi. Oglan heç bir qıza yaxınlaşmırdı. Əksinə oglan öz dostlarinin qızlarla sevişməsin izləyib sıxılırdı. Getmək istəyirdi.
Gecə bitimi Esmeralda həmişəki kimi uşaqlar evinə getmək üçün dayanacaqda avtobus gözləyirdi. Avtobus nəsə gecikirdi. Bəlkə də gəlməyəcəkdi çünki bugün işdən gec çıxmışdı və saat 2 də heç bir avtobus işləməzdi yəqin. Bu hal Esmeraldanın başına 4-5 dəfə gəlmişdi və o gecəni dayancaqda keçirmişdi. Yəqin bugündə belə olacaqdı. Esmeralda arxdan səs eşitdi. Geriyə döndü.

- Off , yox , bircə bu çatmırdı. Lənətə gəlsin

Bu sərxoşlar idi. İçib , içib qız ovuna çıxmıxdılar yəqin. Onlar Esmerladanı görüb qəhqəhə ilə dayanacağa yaxınlaşdılar.
- Azz , gejə vaxtı burda neynirsən ? hıı ? atan qardaşın yoxdu sənin ?
- Ala nə atası , bu vaxt çöldə qız olar ? fahişədi bu axaxaxa
- Azz sənnəniy cavab verdə ! neçiyə çıxırsan ?! üstümzdə pul yoxdu yaz nisyə dəftərinə axaxaxax
- Buna bax ey , cavab verdə ! bura gəl görüm !

Esmeralda onların üstünə gəlməsindən qorxur , həyəcanlanır və geri çəkilirdi. Burdasa heç kim yox idi. Bom boş bir Bakı küçəsi. Birdən bir işıq göründü. Bu maşın farası idi. Qara rəngli xarici bir maşın bura yaxınlaşdı və içindən bir oglan düşüb ora gəldi. Esmeralda oglanı görəndə çox sevindi çünki bu bardakı həmin alicənab oglan idi.
- Nolub xanım ?
- Ala sən kimsən qaşqaldağ ? atviçatsan qıza blət ?!

Hə unutmuşduq axı , bizim bu "Atvıçat " dediyimiz bir termin var. Azərbaycann mentalitetinin ayrılmaz hissəsi olan bu termin , hansisa bir oglan qızla yatmaq istəyəndə bu münasibətə qarşı çıxan insana deyilirdi və sındırılıb təsbeh fırradlıb onun başına çırpılırdı. Orxan onlara tərəf getmək istəyəndə Esmeralda ağlayaraq onu maşına tərəf çəkdi və tez getmək istədiyini bildirdi. Orxanda Esmeraldanın pis halda oldugunu görüb etiraz edə bilmədi. Onlr artıq dağüstü parkda idilər. İyrənc şəhərin gözəl mənzərəsi qarşısında susurdular. Qırmızı marlbronun tüstüsü hər gün azaltdıgımız oksigenə qarışıb qəribə iy yaradırdı. Bakı bu vaxt çox qəribə olurdu. Onlar səhəər kimi orda oturdular. Esmeralda bütün həyatın ona danışmışdı. Orxan da həyatı barədə az-maz demişdi. Varlı bir ailədən oldugun , atasının qurudugu biznesi davam etdirdiyin dedi. ama heç istəmirdi bunu. Özü musiqiçi olmaq istəyirdi. Çox gözəl gitara çalırdı. Burda da biraz ifa etmişdi Esmeralda üçün. Bu Esmeraldanın çox xoşuna gəlmişdi. Bir-birlərinə baxıb qəribə şəkildə gülümsünürdülər. Bu hadisədən sonra onlar hər gün bardan əvvəl görüşür birlikdə bara gedirdilər. Orda belə baxışları toqquşur , üzlərində təbəssüm yaranırdı. Bir-birlərini sevirdilər. Amma bunu etiraf etmək həmişə çətin olub.
Esmeraldanın bu lənətə gəlmiş uşaq evindən qurtuluşuna son 1 ay qalmışdı. SOnra Orxanla evlənib xaricə getməyi planlaşdırırdılar.
Yenə sadə bir gecə idi. Orxan artıq 1 həftə idiki yox idi çünki İngiltərəyə getmişdi. imtahanları verib dönəcəkdi. O Liverpool univeristetində təhsil alırdı və bitirib elə orda da qalmaq istəyirdi. Təbii ki , Esmeralda ilə birlikdə. Bar çox qızgın idi. Esmeralda yenə öz işindəydi. Striptizci qızlar isə artıq təngə gəlmişdi. Müdir Esmeraldanı qovsun deyə eləmədikləri şey qalmamışdı. Bugün isə onların bir planı vardı. STriptizci qızlardan olan və eyni zamanda gözəlliyi ilə seçilən Ləman xoş üzlə Esmeraldaya yaxınlaşəb bir şərab uzatdı. Buyur iç həyəcanlanma biraz , Yəqin o görüçşdüyün oglan yoxdu deyə beləsən. Qayıdar naraht olma. Esmeralda isə həm təəccüblənmiş , həm də içkini içmişdi. Saf idi. Nə baş verəcəyin bilmirdi. Axı hardan bilə bilərdiki , o qızlar onun içkisinə şənləndirici və yuxu verici bir şey atıblar. Esmeralda artıq özünü itirirdi. Özündən çıxmışdı. Qəribə şəkildə gülümsünürdü və bu vaxt gözlənilməz bir şey oldu. Esmeralda striptiz turbasında idi. Striptiz oyanyırdı. Qıraqdakı yanıqlarda baxıb qışıqırırdlar. Bu Esmeralda deyildi. Dərman təsiri idi. 15 dəqiqə sonra bir biznesmen yaxınlaşıb onu çölə çıxardı. Esmerlada artıq 2 dəfə qusmuşdu. O Esmeraldanı maşına otuzdurdu. Onlar otelə getdilər. BU orta yaşlı biznesmen Esmeraldanın çılpaq bədənini görüb daha da həvələnir , ağzının suyunu yatağa axıdırdı.
Esmeralda gözlərin açanda saat 5 idi. Nə oldugun anlamaga çalışdı. Oteldə çılpaq idi. DƏli oldu. qıraqda bir not vardı alıb oxudu
- Əzizim , bu gecəyə görə təşəkkür , nə vaxtdır belə gözəl qızla yatmırdım. bu pulu sənin üçün qoymuşam. o zərfi açdı içində 100 dollar vardı.
Ağlamağa başladı. Dünən gecəki hər şey bir-bir onun gözləri önünə gəldi. Nə edəcəyini bilmirdi. İndi o nə edəcəkdi ? İntihar ? Bəs Orxan ?
Uşaqlar evində duş alıb otaginda siqaret çəkə-çəkə ağlayırdı. Birdən zəng gəldi

- Alo
- ALo Esmeraldam , necəəsn gözəlim , artıq Bakıdayam , səni görməliyəm , dur həmişəki yerə gəl sürprizim var sənə
-...hı..şey...yaxşı
Esmeralda hər şeyi ona danışmaq istəyirdi , bunun üçün ora gəlmişdi.
- Canım (qucaqlayıb öpdü)
- Orxan sənə bir şey deməliyəm
- Dayan görüm , buna inanmayacagsan tez otur maşına
- hara gediirk ?
- Otur deyirəm görəcəksən sürprizdi.

Onlar gəlib bir villanın qabagında dayanmışdılar. Orxangilin evi idi. Orxanın anası yox idi atası ilə qalırdı. Onlar evə girdilər və o Esmeraldanı zalda oturdub dedi
- İndi atamı çagiracam gəlsin , sənlə tanış edəcəm. Qoy evlənəcəyim qızı oda görsün

Esmeralda gülümsündü. Orxan atasın çagirmaga getdi. Esmeralda evə baxırdı. Hər şeyi unutmuşdu artıq. Sevincli idi. Orxan isə qapını döyüb atasın çagırdı və geri döndü. 10 dəqiqə sonra pilləkəndən orta yaşlı bir kişi endi. Esmeralda və Orxanın atası Kərim şokda idi. dayanmadan susub baxışdılar. Bəli bu dünən Esmeralda ilə yatan biznesmen idi. Axı taleh niyə bu qədər qəddar ola bilərdi ?
Birdən Esmeralda bərkdən hökürdü. Ağlamağa başladı. Kərim isə qışqıraraq

- Bu fahişənin nə işi var burda ! Çıx bu evdən !
- Ata sakitləş , bu nə danışıqdı ! Esmeralda ağlama , ata gördün qızı qorxutdun
- Nə qızı , oğlum ağlını başna yığ , bu fahişəni gətrib qoymusan qabagıma ki evlənəcəm
- Nə fahişə ata ? mən onu sevirəm , o yaxşı qızdı
- Barda işləyən qız hə ?
- Hardan bilirsən sən bunu ?
- Çünki özüm dünən onnan yatmışam əhh qoyun
- Nə ?! Esmeralda düzdü bu ?!
- Orxan inan ki , belə deyil , hər şey başqa cür olub
- Demək sən hə ?! mən səni sevirdim axı ! adi fahişə !

Orxan əsəbi halda evdən çıxmışdı. Maşını dəli kimi sürür , ağlayırdı. Esmeraldanı dogurdanda sevirdi. Kərim isə Esmeraldanı döyə-döyə evdən çıxartmışdı.

3 saat sonra Orxan avtomobil qəzasında öldüyü xəbəri gəlmişdi. Esmeralda çökmüşdü. Son dəfə xəstəxanaya gəlmişdi. Onunla vidalaşmaq üçün. Onun meyidinə sarılıb əllərini saçlarında gəzdirdi. Qanlı sifətini tumarlayıb göz yaşlarını onun solgun bədəninə axıtdı. Amma heçnə bitməmişdi. Kərim pul verərək Esmeraldanı tutdurmuşdu. Şərəfsizlərin daha çox polis işlədiyi bir ölkədə pula görə anasın belə içəri basardılar bunlar. Esmeralda intihar belə edə bilməmişdi. Bunu çox istəyirdi ama edə bilmirdi. O artıq 2 canlı idi.
1 il sonra Esmeraldanın bir körpəsi var idi. Esmeralda buna görə inihar etmirdi. BU uşaq Kərimdən dünyaya gəlsədə onun heç bir günahı yox idi. Axı onun heç 1 yaşı belə yoxdu. Esmeralda inihar etmirdiki oglu Orxan da onun kimi uşaqlar evində böyüməsin. Bəli o ogluna Orxan adını vermişdi. Öz sevgisin oglunda yaşadırdı. Həbsdə keçirəcəyi 15 ildən sonra bəlkə də yeni bir həyata başlayacaqdılar. Amma burda yox. Bu şəhərdə yox. Bu şəhər insanı öldürür , şans vermir , özün qazandıgın şansı belə əlindən alır..


... dəfə oxunub
Qiymət: 9/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
6+32=
Hesaba giriş
Müəllif

Alçin Doqquz
Haqqında
ADU tələbəsi. Graffiti , Rap , Hip-Hop.
Əlaqə
E-mail:
somalicek@box.az
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0304 saniye