Düşün bir gün..
Bir gün qaç.. Uzaqlaş səni məhkum edən ayaqlardan..
Kəs səni boğmağa çalışan əlləri..
Boş burax cümlədə məsafəni..
Kinini qus şübhələrinə,
Dəli et sənə aşiq olan bədənləri..
Yalın ayaqlarınla qaç hisslərinin dalınca..
Vur ağzından sözlərin,
Ki onlar səni atmışdı bıçaq altına..
Məhv et..
Parçala..
Parçala içindəki yarım qalmış sözləri,
Tök gözlərinə dünəndən qalma qədəhi..
Sərxoş ol göz yaşınla..
Bağla qapılardakı "giriş" işarəsini..
"Qadağan" et içəri girmək istəyən oğrulara..
Onlardır səni məhv edən..
Onlardır iznsiz, salamsız, sualsız gələn..
Onlar səni "insan" etdilər..
Onlar səni talan edir..
Onlar səndə məskən salır..
Onlar hisslərini çirkablı əllərində oyuncaq edib..
Onlar .. onları öldür, nə olar..
Çıx səni öldürən bataqlıqdan..
Kilidlə hisslərini..
Bağla və özündən uzaqlaş..
Get qanadlarında səni sağaldan mələklərə sarı..