Etdin getdin
Nicat Cəfər tərəfindən "Şeir" bolməsinə 20:30 21 dekabr 2014 tarixində əlavə olunmuşdur

Mənə dünyanı ey afət zəhər etdin getdin
Söylə könlümdən hara bəs səfər etdin getdin?!

Nə səbəbdən məni satdın gözəlim əgyarə.
Xoş keçən günləri çox heyf hədər etdin getdin

Necə Qeysi qılıb avarə gedibdir Leyli,
Ona min şükr` sən ondan betər etdin getdin

Məni neyçün belə bimar elədin sən,gözəlim?!
gəlib hər bir günümü dərdəbər etdün getdün

Hər zaman xeyr eləyərdin, Nicat, eşqündə, vəli,
Bu səfər incimə ancaq zərər etdin getdin

Rəməl bəhri 
FəilAtün fəliAtün fəilAtün fən`lün


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+28=
Hesaba giriş
Müəllif

Nicat Cəfər
Haqqında
Mən Nİcat Tarverdiyev 1994 Baki şəhərində anadan olmuşam Hal hazırda tələbəyəm ədəbiyyatin heca əruz sərsbəst vəznlərində yaza bilirəm. İNşAllah ki oxuyub dəyərli qiymətlərinizi deyərsiz
Əlaqə
E-mail:
nicatcefer@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.023 saniye