Etiraf-2
AğaPaşa tərəfindən "Şeir" bolməsinə 14:23 04 avqust 2019 tarixində əlavə olunmuşdur

 

Son zamanlar hiss elədin
soyuqluğu,
Səbəbsiz davalar,
gec yazmalar,
ara bir də yoxa çıxmalar.
Gülə bilmirdim əvvəlki tək səninlə,
Qucaqlaya bilmirdim,
sənə sarılmaq istəmirdim.
Amma son məqamda anladın.
üstə gəl şikayətlər
Və sən həmişə haqli idin.
Sevmirdim səni 
Hər şey oyun idi.
Demişdilər sevmə onu
üzəcək səni,
dinləmədin sən onları.
Mənə sığındın,
Mənlə böldün dərdlərini,
Sevinirdin, gerçəyi anlamırdın
Sənə quzum deyirdim,
Sən mənimçün 
ən saf qoyun idin...
Gözlərin doldu,
üzümə bir şillə çəkib
ağlayaraq qaçıb getdin.
Sankı yoxa çıxdın bu dünyadan,
bu şəhərdən,
axtarmadım sözün açığı,
heç marağım da olmadı.
Məni sevən hər kəsi tərk elədim,
Unutdum,
Sən də məni unutdun.
Amma...
ne yalan deyim,
istədim,
mən səni unuda bilmədim.
sevdiyi gülün yarpağını 
yeyən qurd kimiyəm,
sənin qulaqlarından uzaq,
etiraf edim..
Görməyini istəmədiyim 
yaralarım var idi.
sən məndən uzaqlarda
xoşbəxt ol deyə 
söylədiyim hər şey
yalan idi....

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+13=
Hesaba giriş
Müəllif

AğaPaşa
Haqqında
agapasha.wordpress.com mənim blog səhifəmdir.
Əlaqə
E-mail:
aga.ismailoff@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0291 saniye