Müəllif: Movlud Aqammed |
Etməliyəm.
Mən sənin qəlbini oxumaq üçün, Məhəbbət yolunu qət etməliyəm. Sevgimi yadlardan qorumaq üçün Yadlarla aramı sədd etməliyəm. *** Sənə olan sevgim ürəyimdədir, Günümdə,ayımda,həm ilimdədir. Qəlbinə toxundum,günah kimdədir-- Qısqanclıq hissini rədd etməliyəm. **** Hələ qabaqdadır ömür,nə qalmış, Bəzən başa çatır yarı olmamış. Qəlbimi sənintək bir gözəl almış Mövludam, əbədi əhd etməliyəm. 3.12.1979.Zərdabi.Mövlud Ağamməd. |