Mən sənin qəlbini oxumaq üçün,
Məhəbbət yolunu qət etməliyəm.
Sevgimi yadlardan qorumaq üçün
Yadlarla aramı sədd etməliyəm.
***
Sənə olan sevgim ürəyimdədir,
Günümdə,ayımda,həm ilimdədir.
Qəlbinə toxundum,günah kimdədir--
Qısqanclıq hissini rədd etməliyəm.
****
Hələ qabaqdadır ömür,nə qalmış,
Bəzən başa çatır yarı olmamış.
Qəlbimi sənintək bir gözəl almış
Mövludam, əbədi əhd etməliyəm.
3.12.1979.Zərdabi.Mövlud Ağamməd.