Ev uşaqları
Nigar Şahsuvarova tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 12:49 07 noyabr 2015 tarixində əlavə olunmuşdur

“Ev uşaqları” (Home Children) – az yaşlı uşaqların, əsasən də oğlanların miqrasiya (deportasiya) sisteminin terminidir. İdeyası 1869-cu ildən Anna Makferson'a əsaslanan sistem XX əsrin 70-ci illərinə qədər davam etmişdir. 100.000-lərlə uşaq Böyük Britaniyadan Avstraliyaya, Kanadaya, Yeni Zellandiyaya, Cənubi Afrikaya “yollandırılmışdı.”

Sürgün praktikasının təcrübəsində yetimlər koloniyası daxilində əmək çatışmazlığının azaldılması əsas yer tuturdu. 1618-ci ildə 100 nəfər küçə uşağı Virciniyaya yola düşdü. İşçi qüvvəsinin azlığı uşaq oğurluqlarına və Şotlandiyadan Amerikaya miqrasiyalarına təhrik edirdi. Bu praktika 1757-ci ilədək, məhkəmə prosesinə məruz qalanadək davam etmişdi.(Aberdinli iş adamı və yerli hakimiyyət orqanlarının araşdırmaları) 1830-cu ildə Londonda yaradılan “Uşaqların dostu” cəmiyyəti 1832-ci ildən etibarən miqrasiya ilə məşğul olmağa başlamışdı. Uşaqların ilk partiyası Kap koloniyasına yola düşdü. Bir il sonra Avstraliya koloniyası Suon-Riverə, 1833-cü ilin avqustunda isə 230 uşaq Toronto və Nyu-Bransuikə yola düşdülər.

XIX əsrdə uşaq miqrasiyasının qabaqcılları Enni Makferson və bacısı Luiza Byort, eyni zamanda londonlu Mariya Ray idilər. Doktor Tomas Barnardo da uşaq miqrasiya ilə məşğul olanlardan biri idi. O, 1866-cı ildə uşaq xeyriyyə təşkilatı “Barnardo's”u təsis edib ki, bu gün də mövcuddur və kömək edir.

İmmiqrasiya sxemi işəgötürənlərin uşaqlardan sui-istifadə şaiyələri və Mariya Rayın təcrübəni zənginləşdirmək təklifləri ilə tənqid atəşinə məruz qaldı. 1874-cü ildə London qəyyumları Kanada uşaq evlərini yoxlamağa qərar verdilər. Hesabatda əməkdaşlıq evlərinin tərəfi saxlanıldı, amma qınaq obyekti də müəyyən edildi:

“Miss Rayın məsuliyyətsizliyi və miss Makfersonun resurs çatışmazlığı ucbatından yüzlərlə Britaniya uşağı ağrılı-acılı, özbaşına buraxılmış vəziyyətdə, ağır iş şəraitindədirlər və xoşagəlməz münasibətlə üz-üzə qalmışdılar.”

Britaniya yoxlama nəticələri mübahisələrə səbəb olsa da, miqrasiya nümunələri bəzi dəyişiklikləri ilə Britaniya İmperiyasının digər müstəmləkələrinə yayılmaqda davam edirdi. Belə ki, uşaq miqrasiyası ilə daha çox dini təşkilatlar məşğul olurdular, uşaqlara qarşı cinsi istismar halları tez-tez baş verirdi.

1909-cu ildə Kinqsli Feyrbric “Koloniyalarda uşaq miqrasiyasının təşviqi cəmiyyəti”ni (Society for the Furtherance of Child Emigration to the Colonies) təsis etdi, sonra isə uşaq miqrasiya cəmiyyəti ilə birləşdi. Sonralar Feyrbric Fondu adlandırılan cəmiyyətin vəzifəsi yetim və küçə uşaqlarını təhsillə təmin etmək oldu və Britaniya imperiyası daxilində kənd məktəblərində kənd təsərrüfatı ixtisası öyrədilməyə başlanıldı. 1912-ci ildə Feyrbric onun ideyalarınıın dəstəkləndiyi Avstraliyaya köç etdi.

Hesabatda qeyd edilir ki, 350 il ərzində (1618-ci ildən) 150.000 uşaq göndərilmişdi, bu proses 1960-cı illərin sonunda bitdi. Müasirləri düşünürdülər ki, uşaq-miqrantları yetim idilər. Amma sonralar məlum oldu ki, onların böyük əksəriyyətinin valideynləri sağ idilər. Bəzən uşaq müəssisələrinə göndərilən uşaqlarının taleyi haqqında bir ipucu tapılmırdı, bəzən isə Britaniya ərazisində övladlığa götürüldüklərini düşünürdülər.

Uşaq miqrasiyası Böyük Depressiya (1930-cu illər) dönəmində də davam edirdi, ta 1970-ci illərin əvvələrində xitam verilənədək.

Uşaqları Britaniyadan çıxardarkən onlara valideynlərinin öldüklərini və “orada” gözəl həyat yaşayacaqları barədə yalan söyləmişdilər.

1987-ci ildə sosial işçi Marqaret Hamfriz uşaq miqrasiya sxemlərini və fond bazasını araşdırmağa başladı. 1998-ci ildə Böyük Britaniya parlamentinin tələbi ilə sxem tam açıqlandı. Koloniyaya göndərilmiş uşaqların yeni zellandiyalı, avstraliyalı və digər dini qurumları tərəfindən sui-istifadə halları açıqlandı.

1998-ci ildə Britaniya parlamentinin Xüsusi komitəsi tərəfindən uşaq miqrasiya sxemlərinin istintaqı başlandı və avqustda hesabat dərc edildi. Hesabatda ümumi tənqidlə yanaşı, ayrıca “Roma Katolik Xristian Qardaşları Cəmiyyəti” Qərbi Avstraliya və Kvinslenddə uşaq müəssisələrindəki cinsi-istismar halları ilə əlaqədər günahlandırıldı. Qərbi Avstraliyanın qanunvericilik hakimiyyəti 1 avqust 1998-ci ildə keçmiş uşaq-miqrantlarından üzr istəyərək bəyənat yaydı.

Avstraliyada uşaq-miqrantları “unudulmuş avstraliyalılar” qrupunun üzvləridir ki, bu ifadə 1990-cı illərin əvvəllərinədək 500.000 azyaşlının uşaq müəssisələrinə göndərilməsini təmsil edir. “Miqrant uşaqlar” 7000 nəfərin uşaq miqrasiyası proqramı üzrə göndərildiyi barədə çağırış edib. Onlar ya övladlığa götürülmüşdü, ya da uşaq müəssisələrində sui-istifadə hallarına məruz qalmışdı.

16 noyabr 2009-cu ildə Avstraliyanın baş naziri Kevin Radd yerli hakimiyyət orqanlarının simasında üzr istədi. 2001-ci ildə Avstraliya katolik kilsəsi ictimaiyyət önündə britaniyalı və maltalı miqrant uşaqlara qarşı edilən cinsi istismar, zorakılıq, köləlik münasibətlərinə görə üzr istədi.

23 fevral 2010-cu ildə Böyük Britaniyanın baş naziri Qordon Braun uşaqlardan “biabırçı” köçürülmə proqramından ötrü rəsmi üzr ifadə edərək 6 milyon funt sterlinq fondunun yaradıldığını və “aldadıcı” iştirak proqramının qurbanlarına kompensasiya ödəniləcəyini elan etdi.

16 noyabr 2009-cu ildə kanadalı nazir Ceyson Kenni immiqrasiya ilə rəsmi üzr olmayacağını bəyan etdi.

Uşaqlara “portağal və günəş işığı” vəd edilmişdi, lakin onlara ağır iş şəraiti və qapalı həyat tərzi nəsib oldu.

“Boş beşiklər” kitabı 1994-cü ildə nəşr edilmişdi. Ekranizasiyası 2011-ci ildə “Portağallar və gün işığı” adı ilə baş tutdu.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+27=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0437 saniye