Evangelinadan sevgilərlə.
Ceyn Gallaher tərəfindən "Hekayə" bolməsinə 03:27 25 aprel 2014 tarixində əlavə olunmuşdur

Bu hadisə bir neçə il əvvəl, mən Pensilvaniya ştatına kollecdə oxumağa gəlməyimlə başladı. O vaxt mənim 17 yaşım var idi. Atam anamı hamilə olduğunu biləndən sonra onu atıb getmişdi, anamla tək yaşayırdıq. Onunla kollecdən bir neçə küçə aşağıda ev tutmuşduq. 2 otaqlı və kiçik bağçası olan adi qırmızı damlı evlərdən. Qonaq otağına ehtiyac duymadığımız üçün otaqları elə öz aramızda böldük. Mən qapıya yaxın və böyük pəncərəsi olan otağı seçdim. Burdan kollecə gedən uzun, ətrafı sıra ilə əkilmiş şam ağacları ilə əhatə olunan yol və kollecdə təsadüfən qarşılaşacağım, irəlidə ən yaxın dostum olacaq Andy-ın eyvanı görsənirdi. Axşam yeməyi üçün lazımı şeyləri alıb evə qayıdarkən bir parkın qarşısında dayandım. Park 3-11 yaş arası uşaqlarla dolu idi. Parka girib skamyaların birində əyləşib onları izləyərək həmin yaşlardakı vaxtımı xatırlmağa çalışdım. 7ci sinifə kimi dünyadan xəbərim yoxuydu deyə bilərəm. Mənim oxuduğum sinif məktəbin əsas korpusundan aralı 2sinif üçün ayrılmış 2 otaqlı əlavə korpusda idi. Mən məktəbdə öz sinif yoldaşlarımdan başqa heç kəsi 7ci sinifə qədər tanımamışam. Düşünə bilirsiz? 7il eyni yerə get, gəl amma birlikdə olduğun 19 nəfərdən başqa heçkəsi tanıma. Yox elə düşünməyinki mən bütün 5-7 saatı parta qarşısında oturan sakit uşaqlardan olmuşam. Əksinə çox canlı, sinifdəki hegomon uşaqlardan idim. Sadəcə sinif daxilində. Sinifdən özümə yaxın olan bir uşaqla hər tənəffüs məktəbin həyətinə çıxardım. Təbii olaraq digər uşaqları görürdüm amma əsla diqqət etməzdim. Mənim nəzərimdə məktəb öz sinifimdən ibarət idi. Niyə 7ci sinifə qədər belə olduğumu soruşsaz, 7ci sinifdə sinifimi dəyişdim və məktəbin sərhədlərinin böyük olduğunu başa düşdüm. Məgər məktəbdə öz sinifim xaricində də uşaqlar varmış. Buna öyrəşmək çox çətin oldu. Pensilvaniyada heç kəsi tanımıram. İnsanlarla münasibətdən qaçan biri olduğumu nəzərə alsaq burda yaşamaq xeyli çətin olacaq. Səhər erkəndən gedib kollecimin qarşısında dayanıb növbəti 4ildə oxuyacağım bu böyük binaya baxdım. Düzü üniversitetdə oxumağı çox istərdim amma nə edək tənbəlliyim buna maneə oldu. Nəhayət kollecə daxil olub sinifimi tapıb içəri keçdim. Mən təbii olaraq məktəbdəki kimi burada da arxa partanı seçdim. Buradan bütün sinifi görmək mümkündü. Sıxıcı və heç bir tanışlıq olmayan bir günün axrında yol üstü kafelərin birində biraz qəhvə içmək qərarına gəldim. Sonuncu pəncərəyə yaxın masada oturub ofisantı gözləyərkən təxminən 45-46 yaşında bir kişi içəri daxil olub ətrafı nəzərdən keçirdi. Mən hələdə gözlərimi ondan çəkə bilmirdim. Etiraf edimki mənim həmyaşıdlarıma qarşı azda olsa marağım yoxdu. Ancaq özümnən çox böyük olan müəyyən tipə məxsus qoca kişiləri bəyənirəm. Əslində o tipə nələrin daxil olduğunu düşünməmişəm. Elədə hündür olmayan, saçları ağarmış bu kişi gəlib mənim qarşımda əyləşdi. Qəfildən ofisantın mənə səslənməsiylə ayıldım. Ofisant nə istədiyimi soruşan an bir anlıq harada olduğumu, bura niyə gəldiyimi unutdum. Bir ofisanta bir kişiyə baxaraq “ıııı, mən, mən şey istəyirəm” deyə mızıldanmağa başladım. Yanaqlarım qıp-qırmızı olmuşdu. Bu vaxt ağsaçlı kişi sakit səslə iki fincan südlü qəhvə sifariş verdi. Ofisant qəhvələri gətirdikdən sonra mən hörmət xatirinə qəhvədən bir qurtum içdim. Əslində mən nəinki südlü qəhvəyə, ümumiyyətlə içində süd olan hər şeyə nifrət edirəm.

--Mən Cornelius -deyə söhbtə ilk olaraq ağ saçlı kişi başladı. Gözlərimi yuxarı qaldırıb bir neçə saniyə onun tünd yaşıl gözlərinə baxdım. Və: “Məndə Evangelina” dedim. O gülümsəyərək qəhvəsindən bir qurtum içib masanın üstündəki kitablarıma baxıb dedi

-- Deyəsən tələbəsən hə?

--kollecdə oxuyuram, yeni başladım.

Sonra o telefon nömrəsini mənə verib istədiyim vaxt ona zəng vura biləcəyimi deyib çıxdı. Artıq kollecə başlamağımnan 1ay keçmişdi və mən demək olarki heç kəslə danışmamışdım. Bu günki fizika imtahanına çox çalışmışdım, fiziklərin həyatını vikipediyadan oxuyaraq. Fizikanı kiçik yaşlarımnan çox sevirəm. 4cü sinifdə oxuyanda məktəbin kitabxanasında 7ci sinif fizika dərsliyini vərəqləyərkən gördüyüm şəkillər, düsturlar məni o qədər valeh etmişdiki tezliklə böyüyüb bunları öyrənib yeni bir şeylər icad edəcəyimə dair özümə söz vermişdim. Sonralar bu arzumu unutdum təbiki qeyri-real idi. Və bir gün Disney kanalında “Meet Robinsons” animasiya filminə baxanda fizikanı oxumadığım üçün çox təəsüflənmişdim.  Kollecimiz 3mərtəbəli idi. İmtahanın başlamasına hələ bir qədər vaxt olduğundan buranın damına çıxıb siqaret çəkməyi düşündüm. Kollec uzun olduğundan damda xeyli böyük idi. Elədə hündür olmayan  bu damnan qarşıdakı təpədə yerləşən qəbirsanlıq bütövlüklə görsənirdi. Yeri gəlmişkən qəbirsanlıqlarda qəbirlərin basdırılmasına nifrət edirəm. Fikrimcə çinlilər cəsədi yandırmaqla ən düzünü edirlər. Nəysə, oturmağa yer axtaran vaxt burda bir oğlan gördüm. Yaxınlaşıb yanında əyləşdim. Siqaret təklifimi rədd etdi. Özüm çıxarıb çəkməyə başladım.

--Mən almanyanın Freiburg universitetinə qəbul olmaq istəyirdim. Dərslərimdə çox yaxşıydım, heç bir problemim yoxuydu, qəbul olacağıma əmin idim. İmtahana 2ay qalmış anamın xərçəng xəstəsi olduğunu öyrəndik. Evin bütün gəliri mənim dərslərimə ayrıldığından həm  müalicə həmdə dərs xərclərini qarşılaya bilməzdik. Dərslərimnən ayrıldım, atamla birlikdə anamın müalicəsi üçün əlimizdən gələni etdik. Qəbul vaxtı burda olmadığımızdan imtahana girə bilmədim. Girsəydim belə son vaxtlar dərsləri təkrarlamadığımnan və bu hadisələr beynimi qarışdırdığından istədiyim nəticəni əldə edə bilməzdim. Anamın xəstəliyi ağırlaşmışdı. Anam xəstə olduğunu çoxdan bilirmiş, sadəcə imkanımızın yaxşı olmadığı üçün və mən bilsəm dərsləri buraxacağımı bildiyi üçün deməmişdi. Artıq 4gündürki anam ölüb.-deyib üzümə baxdı, - mən günahkaram

--qətiyyən özünü günahlandırma, sən əlinnən gələni etdin.- deyərək əlimi onun çiynininə qoyub təsəlli etməyə çalışdım. Tanrım necədə saxta alındı, bu işi heç bacarmıram.

--Çoxdan çəkirsən?

--Sayılar. Fight Club filmini izlədikdən sonra çəkməyə başladım. Marlaya heyranam.

--Siqaretə və içkiyə qarşıyam. Belə şeyləri heç sevmirəm. Atam daima içkili olur. Hətta anamın dəfn mərasiminə belə içkili gəlmişdi. Düşünə bilirsən? Onu evdən qovdum buna görə. Ona nifrət edirəm! Bilirəm heç düzgün hərəkət eləmədim, amma o çox pis insandı, anamada heç yaxşı davranmırdı.

Düzü həmin vaxt nə deyəcəyimi bilmirdim. Bir neçə saniyəlik sükutdan sonra:”məncə ən düzgününü etmisən” dedim. Sonra “ilk ilindi?” deyə axmaqca bir sual verdim. Elə həmin anda peşman oldum. Az əvvəl dediklərindən ilk ili olduğu məlum olurdu.

--Hə, sənin bəs?

--Mənimdə.. şey, mənim imtahanım var, dərsə geri qayıtmalıyam.

--Dinlədiyin üçün sağ ol. Bu arada mən Andy.

--Məndə Evangelina.

--Tanışlığımıza sevindim, Evangelina.

Üzümdə qeyri-səmimi bir gülüş yaradıb oranı tələsik tərk elədim. Və az əvvəl irəlidəki həyatımı tamamilə dəyişdirəcək bir insanla tanış oldum. Növbəti günlərdə onunla tez-tez qarşılaşırdım. Fikirlərimiz bir-birini tamamlayırdı. Yeganə insan idiki real həyatdakı danışıq tərzi ilə virtualdakı danışıq tərzi üst-üstə düşürdü. Bu vacibdir. Vaxt keçdikcə bir-birimizə dahada yaxınlaşdıq. Ortaq filmlərimiz, musiqilərimiz, sevdiyimiz tarixi və məhşur insanlar, gizli yerlərimiz var idi. Mövcud ola biləcək ən yaxşı dostluqlardan biri idi bizimki. Dostoyevski kimi söhbəti uzadıb, hər kiçik xırdalığı, başımıza gələn hər gülməli və utanc verici hadisələri danışmayacam. Xırdalıqlar yalnız dedektiv və psixoloji filmlərdə maraqlı olur. Düzdü əvvəlcə məndə biraz xırdalamışam amma bu ana qədər olanlar keçid idi, özümü sizə azda olsa tanıtmalı idim. Dostoyevski demişkən onun Cinayət və Cəza əsərində anasının Rasklonikova yazdığı 3səhifəlik məktub məncə kitabının ən sıxıcı yerlərindən biridi. Bu kitabda ən xoşuma gələn yerlərdən birisə Rasklonikovun baltanı paltosunun qolunun altında gizlətməsidi. Bunu mən yalnız yuxuda düşünə bilərdim. Və sizə kiçik bir məsləhətim əsla Jül Verinin kitablarını oxumayın. Bunu sizə 8ci sinifdə ömrünün 6ayını Jül Verinin mənasız və çox iyrənc şəkildə qurulmuş dənizə aid cümlələri ilə dolu 3 kitabını oxuyub bitirdikdən sonra okeana nifrət edən biri olaraq deyirəm. Mövzudan da çox yaxşı yayınıram. 1ci kursun son ayları idi. Mən gecələri barda barmenlik edərək özümə elədə bahalı olmayan kiçik bir velosiped almışdım. Bazar günləri burada çox adam olduğundan səhərə kimi işlədim. Bu yorğun gecənin davamında 8ay əvvəl kafedə tanış olduğum o ağsaçlı kişi, Corneliusla qarşılaşdım. Onu görüb velosipedi dayandırdım.

--Evangelina! Düz xatırlayıram, elə deyil?

--Elədir, düz xatırlayırsan.

--Bu vaxtı hardan gəlirsən?

--İşdən

--Hm, gəl mənim evimə gedək, yorğun olmalısan. Səhərin açılmasına bir neçə saat qalıb.

Mən razılaşdım. Anamın onsuzda məni gözləmədiyini bilirdim. Bu vaxt onun küçədə nə etdiyini soruşmaq istəmədim. Çox həyacanlanmışdım onu gördüyüm üçün. Nəhayət evinə çatmışdıq. Böyük bağçası olan iki mərtəbəli bir ev idi. Qonaq otağına keçib bir neçə qədəh qırmızı çağır içdik, mən elə ordaca yuxuya getdim. 3 saat sonra ayılanda onun yatağındaydım, o da yanımda yatmışdı. Qalxıb tez velosipedimə minib pedalları sürətlə fırladaraq Andy-ın evinə getdim. Axırki qapını açdı.

--Saatdan xəbərin var?

--Hə, hə. Mən az əvvəl bir dostumun evində idim.

--Keç içəri. Hansı dostunun? Bildiyimə görə sənin başqa dostun yoxuydu axı.

--Cornelius..onunla bir kafedə tanış olmuşdum.- içəri keçib qapının ağzında dayandım. İçərdən qəribə qoxu gəlirdi. Sanki saatlarla yemək bişirilmiş bir mətbəxə Escada ətrini çoxlu vurmuşdular.

--Və? noldu? Sənə nəsə pis bir şey edi? Döydü? Zorladı? Nə etdiki gecə bu saatda onun evini tərk edib bura gəldin?səhv başa düşmə bura sənində evindi, hər zaman gələ bilərsən, sadəcə nə baş veridiyini bilmək istəyirəm.

--Yox, yox. Az əvvəl mən çıxanda o yatmışdı. Masanın altında qutular varıydı, maraqdan baxdım. İçində çoxlu kiçik elektronik əşyalar var idi, kəşfiyyat xarakterli əşyalar. Məncə o bunları qeyri-qanuni yolla keçirib.

--Ola bilər ki hə. Amma belələri çoxdu, sən narahat olma.

--Həmin qutunun yanında içi tiryəklə dolu bir neçə torbada varıydı. Biz bunu polisə deməliyik.

--Nədi sənin başın xarab olub?ondan bizə nə?onu polis tutsa adamları bizi öldürər! Sənin elə bir adamın evində bu saatda olmağın elə özü bir səhvdi.

Onun bu səs tonunu heç bəyənmədim. O qışqıran vaxt gözucu dəhlizdən aydın görsənən qonaq otağına baxdım. Yer alman dili lüğəti və sairə dərsliklərlə dolu idi. Deyəsən yenidən həmin universitetə hazırlaşmaq fikri var idi. Onun evindən ayrılıb dərsə qədər biraz həmin kafeyə getmək qərarına gəldim. Həmin kafeyə gedib həmişəki sonuncu pəncərəyə yaxın masada əyləşib simit və acı qəhvə sifariş verdim. İçəridə mənnən başqa yalnız yan masada əyləşən iki kişi var idi. Qamburgeri elə acgözlüklə yeyirdilərki. Bu ağız marçıldatmaq səsi, ümumiyyətlə yemək yeyən ya da içən vaxt ağızdan gələn səslərin hamısı məni bərk qıcıqlandırır. Hətta özümünkünü daxildən eşitdiyim üçün səs daha aydın olur, buna lap çox əsəbləşirəm.

--Xanım buyurun.- deyə osifant simit və qəhvəni masaya qoydu. Qəfildən burnumu nəysə yaman qıcıqlandırdı, birdə gördümki qəhvə tamam südlüdü, özdə bütün süd iyi verir.

--Bu südlüdürki, özdə necə! Mən acı istəmişdim.-deyib əlimlə fincanı acıqla itələdim. Bu südü insanlar niyə içirki heç başa düşmürəm. Vitamindən ötrü inəyin bir yerinnən çıxan ağ mayeni niyə içimki? Bu axmaqlıqdı. Yan masada oturan kişi bayaqki hadisədən sonra mənə diqqətlə baxırdı. Sanki birinə bənzətmişdi. ofisant gəlib onun qulağına nəsə pıçıldadı, sonra ikisidə çevrilib mənə baxdı və ayağa qalxıb  içəri tərəf getdilər. Kişi telefonla kiməsə zəng vurdu, ofisantsa güya mənə baxmırmış kimi edib məni “nəzarət” altında saxlayırdı. Bir problem olduğu aydın idi. Mən pulu masanın üzərinə qoyub qapıya tərəf getmək istədim, elə bu vaxt yan masada oturan digər kişi ayağa qalxıb qolumnan tutub məni çevirib: “hara belə? Hələ qəhvə içəcəyik, acısından” deyərək dodaq altı gülümsəyib, sifətimə birin ilişdirdi. Birdə onda ayıldım ki, döşəməyə sərilmişəm. Tərpənə bilmirdim. Ofisant məni ayağa qaldırıb vəziyyəti izah elədi. Deməli bu ağsaçlı kişi xaricdən tiryək gətirirmiş. Artıq bir aydırki pulu alıb amma bunların malını verməyib. Keçən dəfə mənlə oturmasınan elə başa düşüblərki mən onunlayam. Onunla əlaqə saxlaya bilmədikləri üçün mənnən ona söz çatırmağımı istəyirmişlər. Bunu niyə adam kimi qarşıma əyləşib demirdilərki?! Burdan çıxıb ağsaçlının evinə getdim hələdə yatmışdı, onların sözünü bir vərəqə yazıb yatağının üzərinə qoyub çıxdım və bir ay görüşmədik.

Bu ilin son imthan günü idi. Andy məni sevgilisi ilə tanış etdi, o almandı. Dümağdərili, açıq qəhvəyi düz saçlı bir Alman klassiki. Çox gözəliydi. Almanları sevirəm. Andy və Sarah heç vaxt görüşməyiblər. Yalnız skype ilə bir-birini görüb “sevən” bu cütlüyü heç başa düşməsəmdə Sarah ilə virtual olsada tanışlığıma sevindim, pozitiv bir qız idi. Deməli Andy-ın Almaniya sevdasının səbəbi bu imiş, Sarah. İmtahanı verib Andyla evə qayıdarkan qara bir Opel markalı maşınla afisant qabağımızı kəsdi. Afisant pəncərəni açıb əl işarəsiylə məni çağırdı, yaxınlaşmaq istəyərkən Andy təəcüblə qolumu tutub bərk sıxdı və

--Evangelina bu kimdi? –dedi. Boz rəngli gözləri günəş işığının altında rəngini dəyişib maviləşdi. Gözlərinin xamilyon olduğunu indi hiss elədim. Əsəbləşəndə çox yaraşıqlı görsənirdi.

--Mən, mən bilmirəm o kimdi...- deyə dodağımın altında mızıldandım. Belə qəfil baş verən hadisələr vaxtı hələ üstəlik kimsə gözlərimin içinə baxıb mənnən cavab gözləyən vaxt beynim lap donur.

--Yalan danışma əclaf!- ofisant qəzəblə tez maşından düşüb mənə bir yumruq vurdu. Heçnə başa düşmürdüm, axı mən heçnə eləməmişdim. Ağsaçlı kişi ilə o gündən heç əlaqə saxlamamışdım. Mən yerdən qalxıb vargücümlə ona bir yumruq ilişdirmək istədim, amma yumruğum boşa çıxdı, düz vura bilmədim. Qalanını yaxşı xatırlamıram. Birdə onda ayıldım xəstəxanadayam. Andy da burda idi. O zərbənin təsirindən yaddaşını itirmişdi, amma həkimlərin dediyinə görə qayıdacaqdı. Mən burdan çıxıb kafeyə ofisantın yanına getdim. ofisantın dediklərinə görə güya bu ağsaçlı kişiylə danışıb, o deyibki tiryəki mənim vasitəmlə ona ötürəcəkmiş, 2günə. Artıq 1həftədi mənnən xəbər gözləyirlərmiş. Tamamilə yalandı, mən heç onla danışmamışam, mənə tiryək flan gəlməyib. Və borc olaraq bütün ötürmələrini 1il ərzində mən etməliymişəm. Nə edək, başqa çıxış yolu olmadığı üçün razılaşdım. Yolüstü Andyın xəstəxanaya aparmağa bir neçə paltarını götürmək üçün evinə getdim. Gördüklərimnən çox təəcübləndim. Sən demə o ciddi-ciddi qəbula hazırlaşırmış. Artıq 1ay qalmışdı imtahana və heçnə xatırlamırdı. Lənət olsun, tam ağmağın biriyəm! Bunu niyə mənə deməmişdiki. Nəysə iş-işdən keçmişdi. Onu bir ay içində qəbula hazırlamaq hər şeyi yenidən öyrətmək imkansız idi. Bir şey fikirləşmək lazım idi, bir hiylə. Elə bu vaxt ağlıma gözəl bir fikr gəldi, izlədiyim fantastik filmlərində axırki bir xeyrini görəcəkdim. Akvarium balığı udmuş pişik kimi sevinmişdim. Yəginki Tom Cruise-nin Mission:Impossible–Ghost Protocol filminə baxmısınız. Orda otel səhnəsində gözünə xüsusi linza qoyur və gözünü ikidəfə açıb-bağlayanda baxdığı sənədin kopyası çamdan da çıxırdı. Bu fikrimin bir hissəsi idi. Corneliusun evinə getdim fikrimi onunla bölüşdüm o həmin linzadan 1həftəyə gətirəcəyinə dair söz verdi. İndi keçək ikinci hissəyə. Düşünək ki Andy imtahan olan otağa keçdi partaya əyləşdi və sual kitabçasını onun qarşısına qoydular. O plan üzrə suallar olan səhifəni gözlərini iki dəfə qırparaq səhifələrin kopyasını mənə ötürdü. Bəs mən düzgün cavabları ona necə ötürəcəkdim? əlbəttəki mikrafonlu qulaqcıqla! Amma bu elə normal qulaqcıqlardan olmayacaqdı. Bilirsiniz ki maşın sürərkən telefonla danışmağa icazə yoxdur bunun üçün normal nauşnik və ya bluetoohla telefona qoşulan tək qulaqlı kiçik qulaqcıqda var. Bizə lazım olanı ikinci idi.Təbiki onu qulağına taxaraq otağa girə bilməzdi. Bunun üçün eşitmə problemi olanlar üçün olan qulaq aparatından alıb içini həmin qulaqcığın içi ilə dəyişmək lazım idi. Çətində olsada bunuda etdik, linzalarda vatxında gəldi. İmtahan günü Andy qulaq aparatını və linzanı taxıb otağa daxil olub ən arxada pəncərə tərəfdən oturdu. Çünki bluetoohla əlaqə kəsilməməli idi. Məndə məktəbin çölündə ona paralel divarın qarşısında çamadan və notebookla əyləşdim. İstədiyimiz nəticəni beləliklə əldə etdik. O almaniyaya getdi, eşitdiyimə görə bir müddət sonra yaddaşıda qayıdıb. Məni narkotik qaçaqmalçılığına görə daha doğrusu Corneliusa kömək etdiyimə görə polislər tutub. Bu ofisant polis imiş. Andyın universitet məsələsinidə polislərə izah etdim, onun bir günahının olmadığını dedim. Universitetdən qovmayacaqlar bir il ərzində hazırlaşıb yenidən imtahan verəcək və təhsilinə qaldığı yerdən davam edəcək. Bildiyim hər şey bu qədərdi. Lap başlanğıcdan xırdalıqlarıyla danışdım. Buna görə mənə neçə il verərlər Ekli (vəkilim)?

-- Vasitəçi olduğunuza görə 3-4ay verərlər böyük ehtimalla.

--Sizə onu deyimki əgər bu vaxt 4aydan uzun olsa mən qətiyyən bu müddətin bitməsini gözləmərəm.

--Hm, görüşənədək Evangelina.

--Cənab!

--Bəli?

--Bütün bu danışdıqlarımız, səsimiz qeyd edilirdi, düzdü?

--Bəli

--Zəhmət olmasa bunun kopyasını Andy-a poçtla gönədərərsiniz.

--Yaxşı, az əvvəl dedinizki qaçacaqsınız. bunu necə edəcəksiniz xanım Evangelina?

--Onuda artıq dostum düşsün.


... dəfə oxunub
Qiymət: 8/10(20 səs)
[qiymət ver ]
Şərh yaz
8+14=
Hesaba giriş
Müəllif

Ceyn Gallaher
Əlaqə
E-mail:
vip.tayler@bk.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.038 saniye