Mən 1997-ci il sentyabrın 10-u Bakı şəhərində anadan olmuşam. Evin tək uşağı idim.
8 yaşımdan işləməyə başlamışam. 10 yaşımda Atamı, 12 yaşımda anamı itirmişəm. Heç kim yanımda yox idi. Hər gün tək oyanardım. Yeməyə nə tapardımsa yeyərdim.
Payız fəsili idi. Yarpaqlar tökülməyə başlamışdı.
Məktəb oxumurdum. Oxuma yazma bilmirdim. Bir gün məhləmizə bir müəllim gəldi. Rasim müəllim çox yaxşı müəllim idi. Məni gördü ki, üzərimdə pal-paltar cır-cındır gündədir. Dedi:
- Salam mənim balaca dostum, sənin atan anan yoxdur?
- Xeyr, yoxdur. Mən hər kəs kimi ola bilmədim
- Gəl gedək bizə oturaq söhbətləşək
- Yaxşı, gedək amma tez gələcəm işə getməliyəm
- Gəl gəl
Biz oturduq söhbətləşdik. Mən bu günə kimi nə yaşamışam danışdım.
Müəllim dedi:
- Ruslan gəl mən sənə dərs keçim sənə hesabı hərfləri örgədim.
- Doğrudan???
- Bəli, sabahdan gələrsən başlayarıq
- Sağolun müəllim
Rasim müəllim çox yaxşı adam idi. Mənə deyəndəki səni örgədəcəm çox sevindim. Dedim artıq məndə hərfləri hesabı biləcəyəm.
Axşam saat 23:00 artıq evdəyəm. İşdən gəlmişdim çox yorğun idim.
Birdən zəng gəldi. Götürdüm ki, mənim bir əmim var odur.
Məni heç yada salmazdı. Dedim:
- Nolub? Nəyə zəng etmisən???
- Heç əminqurban elə dünən atan girmişdi yuxuma.
- Noldu? Nə dedi sənə ki sən mən zəng etmisən,
- Dedi: “Ruslan sənə əmanətdir.” .
Əmim var-dövlətli olsada mənə bir qəpik belə verməzdi. Əmimin həyat yoldaşı qoymazdı. Mən acından ölsəm belə kömək etməzdi, pul verməzdi.
Səhər saat 9:00 Rasim müəllimgilə getdim. Sağolsun məni müəllimim məni dəftər, kitabla təmin etdi.
- Salam, müəllim nətərsiniz?
- Salam, Ruslan oğlum sağol sən necəsən?
- Şükür müəllim belədə. Başlayırıq???
- Bəli. Çox həvəslisən, həmişə belə ol.
Müəllim mənə ilk 30 dəqiqəni əlifbamızın tarixini və də əlifbamızın ilk hərifi olan “A” hərfini örgətdi. Çox sevincliydim.
Mən gəldim evə. Ancaq, evdə dəftərimə “A” hərfini yazırdım.
Qapı döyüldü. Açdım ki, uzaqlarda yaşayan məni əvvəl heç istəməyən əmim Qalib durub. Məni qucaqlayıb,ağlayaraq dedi:
- Oğlum, Ruslan!!!
- Nolub???
- Çox darıxmışam səndən ötrü!
- Yox, yuxuna atam girib qorxmusan!
- Oğlum, gəl gedək bizə.
- Yox, mən sənin oğlun falan deyiləm. Mənim bir atam var oda öldü.
- Belə demə.
Qapını örtdüm. Bir daha qapını döydü ,ancaq, qapını açmadım.
Axşam saat 18:00 işə gedirdim. Bərk yağış yağırdı. Qarşıma bir yaşlı bir qadın çıxdı. Dedi:
- Məni yolu keçirə bilərsən?
- Dedim, niyə keçirmirəm nənəcan.
Yolu keçirdim.
- Sağol oğlum.
- Sağol nənəcan.
Çox acmışdım. Cibimdə 1 şirvan pul var idi. Dedim çörək alım yeyim. Girdim bir dükana çörək istədim. Pulu tələb edirdilər. Ancaq, baxdım ki cibimdə pul yoxdur.
- Rədd ol axmaq, sənə çörək verən deyilik.
- Mən nə etdim ki???
Məni qovaladılar. Əslində düz etdilər çünki, oğurluq çoxalmışdı.
Ac qalmışdım. Getdim işə ac-ac işlədim. Qayıtdım evə. Birtəhər yatdım.
Səhər durub müəllimgilə gedəndə Rasim müəllim dedi:
- Sənə nolub belə?
- Heç müəllim, biraz acam. Yeməyiniz var?
- Niyə yoxdur? Gəl otur yemək ye.
- Sənə demişəm işləmə. Gəl yanımda qal.
- Yox, çox sağolun müəllim.
Sağolsun müəllim mənə yemək verdi yedim. Artıq 1 həftə belə ac qala bilərdim. Bir daha gedəndə işə gördüm ki, həmin yaşlı qadına bir daha kömək edirlər yolu keçirirlər. Yaşlı qadının əlləri oğlanın ciblərindən çıxdı. Məndə düşündürdüm ki, mənim pulum harada itib.
İşə getdim gecikmişdim, məni işdən çıxartdılar. Rasim müəllimdən xahiş elədim onun yanında qaldım. Hər gün yeməyimi verər, mənə öz övladı kimi baxardı.
Bir dayım var idi. Heç bilmirdim harada idi. O məni eşitdim ki, bir neçə dəfə axtarıb, amma tapmayıb. Məni çox axtarmışdı ,amma, mən istəmirdim.
2017 sentyabrın 10-u artıq mənim 20 yaşım tamam idi. Düşünüb daşındım ki, artıq Rasim müəllimimin yanında qalmayım. Həqiqətən də, o insana yük olurdum. Rasim müəllimə danışdım dedim:
- Müəllim, artıq mən getməliyəm
- Haraya cavan oğlan?
- Mən sizə doğrudan da, yük oluram.
- Dəlisən nə yük olmaq? Sən mənim öz övladımsan.
- Çox sağolun. Siz məni bu günə kimi çox yaxşı baxdız. Məni öz övladınız kimi gördünüz. Məni 1 saniyə belə ac qoymadınız.
- Heç bir yerə getməyəsən!
- Yox, bağışlayın. Elə bilməyin ki, mən sizi unudacam. Deyin sizin kimi gözəl bir insanı unutmaq mümkündür mü?
- Çox sağol, Ruslan ,amma, getməyin düzgün deyil.
- Bilirəm ,ancaq, mən sizə yükəm. Sizi tez-tez yad edəcəm.
- Yaxşı, Ruslan özün bilərsən. Artıq 20 yaşın öz qərarlarını verə bilərsən.
Paltarlarımı yığışdırdım. Rasim müəllimlə sağollaşdım. Ancaq, heç bilmirdim haraya gedəcəyəm. Getdim bir hoteldə qaldım. Oradada işləməyə başladım. Məni müdirim çox istəyirdi. Müdirimizin adı Orxan idi. Məndən xahiş etdi ki, ona dayı deyim. Məndə dayı deyirdim.
Orxan dayının bir qızı var idi. Adı Nigar idi. Mənimlə eyni yaşda idi.
Ondan çox xoşum gəlirdi. Ancaq, deməyə heç cəsarət etmirdim.
Mənim həyatda bir dostum, bir sirdaşım yox idi. Heç kimə deyə bilmirdim nə hiss etdiyimi. Bir gün cəsarətimi topladım. Getdim, Orxan dayının yanına getdim. Dedim:
- Dayı, bir söz deyəcəm. Ancaq, inciməyin.
- Buyur, oğlum.
- Mən neçə vaxtdır, bir hiss keçirirəm. Ancaq, özümə qəbullana bilmirdim.
- De görək Ruslan! Narahat olma, incimərəm.
- Məni oğlunuz kimi gördüz. Evinizə dəvət etdiz. Bilmirəm bu nə dərəcədə düzgündür.
- Qulaq asıram...
- Mən sizin qızınıza çox vurulmuşam. Ona hiss etdiyim hislər adi hislər deyil. Bilirəm mənə hirslənərsiz.
- Ruslan! Sakit dur!
- Buyurun, demişdimdə hirslənəsiz.
Baxdım ki, hirslənməyib. Gülümsənərək dedi:
- Oğlum, narahat olma, yaxşı Allahım sənin kimi bir oğlanı qarşıma çıxarıb. Vicdanlı bir oğlansan. Haramla heç işin yoxdur. Mən qızımı sənə verməyibdə kimə verəcəm?!?
- Doğrudan?!?
Mən sevinclə Orxan dayını qucaqladım. Dedim:
- Dayı, qoy görək, Nigar nə deyəcək?
- Oğlum, mən Nigarla danışacam sən narahat olma!
Orxan dayı getdi. Məndə getdim yatmağa. Səhər durdum. Çox gözəl hava idi. Payız fəsili yarpaqlar artıq ağacları tərk etmişdi. Hər kəs qışı gözləyirdi.