Evləniləsi qız axtaranların gəldiyi nəticə : mənə belə gəlir ki, insan evlənmək məqsədi ilə düşüb axtarmamalıdır kimisə. əgər axtarmaqla nəyisə əldə edəcəyini düşünürsənsə onda əziyyət çəkməyə ehtiyac yoxdur, anana və yaxın qohum qadınlara desən 100 yerdən taparlar. hər qarşına çıxan qızı evləniləsi və ya evlənilməyəsi kateqoriyalarına ayırırsansa problem elə sənin özündən başlayır. belədə götürəndə evləniləsi qız nə deməkdir onu da anlamıram. hansı kriteriyaları olmalıdır ki evləniləsi olsun? məncə rahat yaşayın, düşünməyin belə şeyləri. gəzin, dolanın, insanlarla ünsiyyət yaradın, insanları kateqoriyalara ayırmağın daşını atın, dostlar. o insan qarşınıza çıxanda evlənəcəyiniz insan olduğunu anlayacaqsınız onsuzda. axtarmaqla tapılmaz, insandır bu. bazardan qarpız almırsınız.