Evlənməməyə niyə pis baxırıq, niyə qəribə gəlir bizə?
Əslində evlənməmək qəribə deyil, evlənmək qəribədir. Hamı evlənir deyə subay qalmaq bizə qəribə görünür. Yoxsa heç kim evlənməsəydi bir nəfər evlənsəydi, onda bizə evlənmək qəribə görünərdi. Xristian ölkələrinin evlənməməyə normal baxmalarının səbəbi xristianlıqdan, "İncil"dən qaynaqlanır. Çünki evlənməmək müqəddəslik idi. İsa Məsih evlənməyib. Amma İslamda belə deyil. Məhəmməd "peyğəmbər" 14 dəfə evli olub. Bu problem müsəlmanların əsas problemlərindən biridir. Gözümüzü açandan toy-yas görmüşük. Necə qəribə gəlməsin ki, evlənməmək olar? Qadın və kişi evlənər də, bir qız bir oğlanındır... kimi!
Sübutlar: Nur surəsi, 32-ci ayə:
"(Ey möminlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil ) kölə və cariyələrinizi evləndirin". Başqa ayələr də var "Quran"da evlilik haqqında: 2:221, 2:232, 2:235, 2:237, 4:3, 4:6, 4:22, 4:25, 4:127, 24:3, 24:32, 24:33, 28:27, 33:49, 33:53, 60:10, 66:10... və bu ayələrin heç birində evlənməmək yaxşı bir şeydir deyilmir, heç birində subay qalmağın faydası haqqında danışılmır. Yəni Allah (?), ya da Məhəmməd (!) Quranda açıq ifadə edilir və bəzi hədisləri oxuduqda açıq-aydın yazılır ki, peyğəmbər evlilik barəsində tövsiyələr verir. Evlənməmək barəsində qəti fikir yoxdur. ancaq evlilik, nikah, qadın - kişi münasibətləri var...
Amma "İncil"də belə deyil. İncilin "Paulun Korinfililərə birinci məktubu"nun 7-ci fəsilində Nikahın qaydaları və subay qalmağın faydası haqqında danışılır. Hamısını yazmayacam, bir hissəsini seçib yazıram: " (27) Arvadınla nikahla bağlısansa, ondan azad olmağı arzu etmə. Arvadın yoxdursa, özünə arvad axtarma. (28) Amma evlənməyin günah deyil. Qızın da ərə getməsi günah deyil. Amma belə adamlar bu həyatda əziyyət çəkəcəklər. Mən sizi bundan qorumaq istəyirəm".
"İncil"dən fərqli olaraq "Quran"da nikah və qadın -kişi münasibətlərinə tolerant, demokratik və obyektiv yanaşılmayıb ( Fahişənin günahlarını bağışlayan nə Musa, nə də Məhəmməd olmayıb. İsa Məsih olub. Xristianlıq iudaizm və islamdan humanistdir). Amma bilirik ki, bu iki kitab insan tərəfindən yazılıb. Fərqi o dəqiqə görmək olur. Özünüz müqayisə edin.. Xristianların düşüncəsi İncildən, müsəlmanlarınkı isə Qurandan yoğrulub, əmələ gəlib, kökü ondadır.
Nietzsche indi burda olsaydısoruşardı bizdən: "Niyə evlənmək istəyirsən? Şəhvət qurduna görə, yoxsa tənhalıq qorxudur səni? Səndən soruşuram: Niyə evlənmək istəyirsən?