Adamlar qarşısında həyalı olmaq yaxşı hissdir, öz-özünün qarşında həyalı olmaq daha yaxşıdır.
Ailə kişi üçün bir malikanə, qadın üçün isə bir istehkamdır.
Böyük izlər qoyan böyük fikirlər həmişə sadədir.
Bütün xoşbəxt ailələr bir-birlərinə bənzəyirlər, hər bədbəxt ailənin isə özünə xas bir bədbəxtliyi vardır.
Doğruluq olmayan yerdə xeyirxahlıq da olmaz.
Düzgünlük hər yerdə, xüsusən də tərbiyədə başlıca şərtdir.
Elmin vəzifəsi adamlara xidmət etməkdir.
Evliliyi müqəddəs edən eşqdir.
Hər şey gözləməyi bilən insana öz-özlüyündən gələr.
Hər zaman qəlbimizdən gələn və doğru olduğuna inandığımız səsə tabe olmalıyıq. Çünki o səs heç bir zaman yalan söyləməz.
Həyatdan qəfil hədiyyələr gözləməkdən əl çək, həyatını özün qur.
Xoşbəxt olmaq üçün xoşbəxtliyin mümkün olduğuna inanmaq lazımdır.
İşıq saça bilmirsənsə, heç olmasa, işığın qabağını kəsmə.
Şair həyatında yaxşı nə varsa götürür və öz əsərinə daxil edir. Ona görə onun əsəri gözəl, həyatı isə çirkin olur.
Yalan həmişə çoxsözlü, mürəkkəb, qəliz, təmtəraqlı olur.
Yaxşı kitab eynən ağıllı bir adamla söhbət etməkdir. Oxucu kitabdan bilik alır, həyatı ümumiləşdirmək, dərk etmək qabiliyyətini öyrənir.