Əxlaqın və əxlaqsızlığın nəzəriyyəvi təhlili - “Kaliqula” filmi
NİKOLAY tərəfindən "Digər yazılar" bolməsinə 17:02 21 iyul 2014 tarixində əlavə olunmuşdur

Yəqin ki çoxları “Kaliqula” filminə baxıb. Deyim ki, bu film  çox gözəl filmdir. Filmin  ilk  beş dəqiqəsindən  hiss olunur ki, peşakarlar bu işə xeyli əmək sərf ediblər.  Qrup halında ərsəyə gətirilən məhsula söz ola bilməz.

Həm də filmin cavabdeh şəxsləri  kadrlarda göstərilən əxlaqsız səhnələri,  sözün  həqiqi mənasında   normal cəmiyyətlərdə  baş verən proseslər  qismində tamaşaçıya çatdırmağı bacarıb.

Ssenari  mükəmməldir.  Baxmayaraq,  bu filmə rus dilində baxmışam. İngilis  dilindən ruscaya əla tərcümə olunub, “Kaliqula”. İnsan  bədənlərinin çılpaqlıqları, mətnaltı sözlər və obrazları canlandıranların qıvraq hərəkətləri  səhnə təsvirləri baxımından  ustalıqla yaradılıb.

Bu yazımı bütövlükdə “Kaliqula” filiminin tərifinə həsr etmək istəməzdim. Sadəcə filmdəki incə məqamlar tamaşaçını düşünməyə vadar edir. Elə məni də. Əlbəttə, düşüncələrə dalmaq və zehnin dərinliklərindən fikirlər üzə çıxarmaq çox vaxt tələb edir, hətta vaxt itkisinə səbəb olur.

Bildirim ki, sözügedən  filmdə “əxlaq və əxlaqsızlıq” anlayış metodları  dar çərçivənin içərisində hərtərəfli təhlil edilib. Ona görə də  bunu tamaşaçının zehni qabiliyyəti rahat şəkildə həzm edir.  İlk baxışdan ətraflı  nəzəriyyəvi  analizlər sezilir, “Kaliqula”da.

Teatr və  kino həyatını fərqləndirməyi ustalıqla bacaran  avstraliyalı  kino-rejissor Ceyms Vanın fikrincə,   əxlaqla əxlaqsızlıq teatrın taleyidir, kinonun isə sırf  peşəsi. Yəni, teatrlardakı  səhnələrdə  əxlaqlı və ya əxlaqsız obrazları canlandıran aktyor və aktrisa kollektivinin peşəkarlarlığı talelərdən asılıdır.

Dəqiq desəm ki, onların işartı naminə  yeni sənət kəşfləri etmək ixtiyarları yoxdur. Təbii  bu fikrimi oxucu gülüşlə qarşılayar. Lakin, həqiqət belədir. Gülsək də, gülməsək də.

Kinoda isə təmamilə əksinədir. Bir rolun öhdəçiliyini  üzərinə təhvil alan kəs,  canlandıracağı obrazın özünü yaşamalıdır, mütləq. Həmin obrazın dərinliyinə varmalıdır.

Nəticədə  “Motor” sözü səsləndirilərkən, kameraların önünə keçmək vaxtı çatarkən ruh, can, cəsəd və mənlik  birgə oynanılacaq obraza xidmət etməlidir. Məsələn, bir dilənçi obrazını yaratmaq üçün ən  azı  3-4 ay  dilənçilik həyatı yaşamaq lazımdır. Ki, o həyatı dərk etmək üçün, o həyata alışmaq üçün.  Uğurun qazanılması yolunda bundan başqa seçim  yoxdur.   

Tutaq ki, “Kaliqula” filmində təlxək rolu təqdirəlayiqdir. Çünki   kinodakı təlxəklə real həyatdakı təlxəyi seçmək olmur.  Bu, mənim şəxsimə aid fikirdir. Təlxəklə bağlı bir epizod çox maraqlıdır:

Bir gün kral  əxlaqla əxlaqsızlığın ortaq məxrəcini tapır. Bütün  diyarı çalpaqlığa qərq edir. Onun zənnincə, həyatın nəbzi hər gün  cinsəl münasibətlər qurmaqdan  və sevgi hisləri yaşamaqdan ibarətdir. 

Təlxək bir gün kralına  sual edir: “Hörmətli kral, bir gün mənim sonum üçün qərar versəniz sizcə, mənim hansı hərəkətim sizi qəzəbləndirə bilər?”. Kral cavab verir ki, “Alçaq təlxək, həm əxlaqı, həm də əxlaqsızlığı tərk etsən, bundan çox qəzəblənərəm”.  Axı, səndə hər ikisi də var, deyə kral onun sualını cavablandırır. Deməli, “Kaliqula” filmində  öhdəsindən gəlinən ən çətin rol təlxəyinkidir.

Həyatda da  yeganə yaşamaq metodu  “özün kimi” yaşamaqdadır. Bəzən insanlar bunda çətinlik çəkir.  Əxlaqlı  və ya əxlaqsız vəziyyətdə həyat tərzi sadəcə insanların doğal seçimləridir. Bir dünya ki yalnız özündən ibarət ola, o zaman insan üçün azad yaşamaq seçimi də  mütləqdir.

Qısası, nəfəs alınan dünyada teatrdakı və ya kinodakı obrazları mənimsəməyə, eyni ilə o cür yaşamağa ehtiyac yoxdur. Yəni, təlxəkliyə.  Mübarizə aspekti üzərində qurulan kainatda təlxəklərin əməllərinə əl çalan da olmur. Onlar kimsəsizlər kimi tək qalmağa məhkum olurlar. Bəlkə də Tanrı da çoxdan  tərk edir, onları.  


... dəfə oxunub
Qiymət: 7/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
1+32=
Hesaba giriş
Müəllif

NİKOLAY
Haqqında
21 dekabr 1989-cu ildə Gəncə şəhərində anadan olmuşam.
Əlaqə
Tel.:
0557603821
E-mail:
nikbin.qasimli@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.03 saniye