Ey bədbəxt şəhər!
Gülnarə Sadiq tərəfindən "Şeir" bolməsinə 12:59 06 iyul 2014 tarixində əlavə olunmuşdur

 

Neçə arzular yemisən

Necə könüllər udan  şəhər.

Bətnində neçə həyat gizlətmisən,

Sağından çox ölün var,şəhər!

Ey qatil şəhər!

 

Namərdi at oynadan,

Mərdi palçıq daşıyan şəhər.

Haramla saray tikən,

Halalı küncə qoyanşəhər.

Ey zalım şəhər!

 

Sevdalari öldürən,

Ümidləri bitirənşəhər.

Haqqı ayaqda qoyub,

Batilə tac qoyan şəhər.

Ey yazıq şəhər!

 

Çılpağı ilə fəxr edən,

Örpəyinə küfr edənşəhər.

Rəbbinə sığınmayan-

Kafirinə əl açan şəhər.

Ey bədbəxt şəhər!


... dəfə oxunub
Qiymət: 7/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
6+15=
Hesaba giriş
Müəllif

Gülnarə Sadiq
Haqqında
Gülnarə Sadiq – Qasımova Gülnarə Ələkbər qızı 1985-ci il Azərbaycan respublikası,Gəncə şəhərində anadan olub.İlk təhsilini 2000-ci ildə həmin şəhərdə bitirdikdən sonra Gəncə Dövlət universitetinə qəbul olmuş və 2006-cı il həmin unuversiteti bitirmişdi.Uşaqlıq illərindən ədəbiyyata olan marağı Gülnarə qısa şeirlər yazırdı.Yazıları “Töhvə”, “Odlar Yurdu“qəzetlərində,”Məhəbbət işığında”,”Gəncliyin Səsi” almanaxlarında derc edilmişdi.Gəncə Dövlət Universitetinin nəzlində fəaliyyət göstərən “Gəncliyin Səsi”ədəbi dərnəyinin üzvü olmuşdu.Halhazırda www.vehdet.org saytının baş redaktorudu.
Əlaqə
E-mail:
edebi-islami.vehdet@yandex.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0261 saniye