Ey Bizim Vətənimiz!
ANAR. (ARLİN EDEN ) tərəfindən "Şeir" bolməsinə 16:59 27 aprel 2015 tarixində əlavə olunmuşdur

Ey bizim vətənimiz döyünən ürəyimiz,
Sönməyən diləyimiz, işıqlanan çırağımız,
Bədənimizdə ruhumuz, ruhumuzda canımız,
Canımızda qanımız, qanımızda istiqlal şüarımız.

Ey bizim azadlıq dastanımız,
Ürəyimizə yazılan əbədi andımız,
Qəlblərdə pozulmayan, sonsuz iftixarımız
Zülmətimizi parçalayan nurlu aydınlığımız,

Ey bizim son nəfəsimiz,
Son qalamız qəhrəmanlıq dastanımız,
Zülmətdə işığımız, parlayan ulduzumuz
Ölməyən ümidimiz dalğalanan bayrağımız,

Ey bizim vətənimiz, sönməyən çırağımız
Paytaxt Bakımız, gözəl Gəncəmiz,
Çırpınan xəzərimiz qədim qız qalamız,
Sonsuz sevgimiz əbədi ruhumuz,
Sən həm ruhumuz, həm canımız, ey bizim Azərbaycanımız...

Müəllif: Anar İsgəndərli
Tarix: 25/04/2015
Saat: 22:05


... dəfə oxunub
Qiymət: 10/10(27 səs)
[qiymət ver ]
Şərh yaz
7+21=
Hesaba giriş
Müəllif

ANAR. (ARLİN EDEN )
Haqqında
Ədəbiyyatı sevirəm Ədəbiyyat beynimin, musiqi ruhumun dilidir. Hər iki dildə danışmağı sevirəm.
Əlaqə
E-mail:
anar_arlin@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0254 saniye