Ey dil,sənə həmdəmdi qəmin,çarələrin var,
Məlhəm dilə,çün qan axıdan yarələrin var.
***
Eylər günü-gündən bu məhəbbət səni qəmxar,
Qəm çəkməyə min külbeyi-əhzanələrin var.
***
Ver dərd,özünün dərdini yaddan çıxarıb sil,
Qəmdən yaxa qurtarmağa qəmxanələrin var.
***
Dildən dilə düşdün,səni xar eylədi eşqin,
Candan keçə,can qurbanı pərvanələrin var.
***
Qismət belə olmuş,səni sevmək mənə dərddir,
Fəxr eylə ki,Mövlud kimi peymanələrin var.
30.12.2014.Zərdabi.Mövlud Ağamməd.