Ey dili qəm,qəlbi qəmə mübtəla,
Bimarınam,çarəsi yox sağala.
***
Vəslinə yetmək ümidim qalmadı.
Gör məhəbbət saldı məni nə hala.
***
Aşiqin əhvalını sor halidən,
Halına həyan olanın çoxala.
***
Hansı gülə bənzədim ol hüsnünü,
Qısqanıram yanağındakı xala.
***
Dərdimə dərman dedilər adını.
Sən də saldın Mövludu bu məlala.
3.07.2014.Zərdabi.Mövlud Ağamməd