Ey dünya
Ceyhun Məmmədov tərəfindən "Şeir" bolməsinə 21:57 20 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Bilirsən dost, heçnə düzələsi deyil
Nə sevgi ayrılıqsız qalacaq, nə də ki, zaman əqrəbsiz
Heçnə, bəzi şeylər bölünə bilmir.
Bölünənlərdə nə isə anladır,
Başa düşəndə, düşməyəndə eyni yola iz salır.
Eh, nə qədər "lənət olsun" demək olar
Birdə "kaşkiləri" nə vaxta qədər dolduracam cibimə.
Görəsən hansı gündə tapacam tanrını, ya da o məni tapacaq
Maraqlıdır, görəsən sonuncu ad günüm nə vaxtdır.
Sonları nə çox sevdim mən,
Sən demə hər bir başlanğıcın bir sonu var.
Uzun bir musiqinin sonu olduğu kimi, 
Sənində musiqin bitəcək, ey dünya.
Kimlər sevdi səni, kimlər ağlatdı
Dövlətlər üzr istəsin səndən, sən axı pak və təmiz idin.
Əşi yox ee heçnə düzələsi deyil
Hələ bu siyasətin övladı olacaq, ey dünya çalış öldür özüvü...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+22=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0262 saniye