Ey gül, bu məhəbbət ilə suzanə mənəm, mən.
Eşqin məni məst eylədi, məstanə mənəm, mən.
Qəlbimdə, xəyalımda və ruhumda da sənsən,
Səndən savayı hər şeyə biganə mənəm, mən.
Yandı ürəyim həsrətin ilə nəzər etsən,
Gündüz-gecə bu atəşə pərvanə mənəm, mən.
Dildən-dilə dastan sayağı gəzdi bu sevgi,
Məcnun - deyə məhşur olan divanə mənəm, mən.
Elnur, səni də şura gətirdi gülü-xəndan,
Ol bülbülü-şeyda kimi qəmxanə mənəm, mən.