Ey gül, əməlin bülbülü əfqanə gətirdi.
Naləsi onun dərdliləri canə gətirdi.
Ruhən sevənin kövrək olar qəlbi də, hər an
Yandıqca ürək gözləri giryanə gətirdi.
Günəş üzünə hər gecə həsrət çəkir aşiq.
Hicrin şəm olub şövqünə pərvanə gətirdi.
Eşqə inanıb mən onu seçdim və bu sevda,
Əqlimi alıb dövrana divanə gətirdi.
Xaliqə, Cinan, şükr elə ki, lütf ilə səni
Eşqdən savayı hər şeyə biganə gətirdi.