Ey gülündən inciyən,gülşəndə gül axtarma gəl,
Can sənin,candan əziz qiymətli dil axtarma gəl.
Vermisən könlün əcəb gül üzlü bir dildarə kim,
Göz yaşın leysan olub, ümmanda sel axtarma gəl.
Yanmısan eşqin odun dərman bilib dərdin üçün,
Tüstüsündən kor olub tonqalda kül axtarma gəl.
Çatdı karvan ,ömrünün son anların saymaqdasan,
Keçdi günlər,ötdü ay.dövranda il axtarma gəl.
Gər desinlər dərdinin çarəsi ol mahparədir,
Saxlamaz Mövlud adın qəlbində, sil, axarma gəl
3.02.2015 / Zərdabi
Mövlud Ağamməd