Ey mahliqam, hüsnünə heyran olum, olmayım....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 16:11 14 iyun 2015 tarixində əlavə olunmuşdur

Ey mahliqam,hüsnünə heyran olum,olmayım,
Olsun canım qurbanın,qurban olum,olmayım?

Çoxdandı görmür gözüm,qəm karvanım hardadır,
Çıxmış olar,yoldadır,sarvan olum,olmayım?

Eldən razim gizləyib ondan kənar gəzmişəm,
Əğyar bilib sirrimi,pünhan olum,olmayım?

Dərdin əlindən qaçıb,dağlar olub məskənim,
Bimar olub,dərdinə dərman olum,olmayım.

Səndən iraq bircə an tab etmərəm,Mövludam,
Bir gün sənin taxtına sultan olum,olmayım?

4.12.2014 / Zərdabi
Mövlud Ağamməd

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+21=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0458 saniye