Ey özündən bixəbər,bildim ki,pünhan səndədir,
Çox güman etdim,dedim,hər dərdə dərman səndədir.
Bülbüli-şeyda isən çox çəkmə gülşən dərdini,
Seyrə çıx,ruh aləmin olsun gülüstan səndədir.
Çox əsir olmuş,bu yoldan dönməmiş sadiq olan,
Hər nə istərsəm əgər versən də fərman səndədir.
Olmusan Məcnunla həmdəm,dönmüsən əfsanəyə,
Qılmasınlar dərdə dərman,çünki hicran səndədir.
Hər dəmin əfğan olub,çıxdın sınaqdan səbr ilən,
Sorma Mövlud halını,olgil ki,qurban səndədir.
7.01.2015.Zərdabi.Mövlud Ağamməd.