EY QOCA QADIN
Sən An tərəfindən "Şeir" bolməsinə 00:24 01 may 2014 tarixində əlavə olunmuşdur

ey qoca qadın,
sən qocalar evində,
alnın,əllərin qırış-qırış,
oturubsan baxırsan vuran saatlara.
əqrəblər səni alıb öz qoynuna,
aparırlar uzaqlara.

bir vaxtlar gənc yaşda,
sən də sevərdin,əzizləyərdin,
sənə yazılan sevgi məktubların,
elə sevgi ilə vərəqləyərdin.

ey qoca qadın,
doğdun,böyütdün körpəni,
böyük sevgilərlə.
atdı o körpən səni,
qocalar evinə,
kiçik sevgilərlə.

vaxt var idi gənc ana idin,
sıxıb övladını sinənə,
böyüyürdü yavaş-yavaş,
qucağındakı düdəmə.

hardan biləydin bir övladın nankor olduğunu,
görməyib sənin zəhmətin,
kor olduğunu.

ey qoca qadın,
sən artıq təksən otaqda,
elə hər gecələr uzanırsan tək yataqda.

toxuyursan corabı,əsən əllərinlə,
bəlkə də fikirləşirsən,
o isti geyimləri,
bölüşərdin nəvələrinlə.

amma ey qoca qadın,
nə nəvən vardır ,nə övladın,
çatmayacaqdır dadına,
içindəki fəryadın.

Sən ey qoca qadın!  


... dəfə oxunub
Qiymət: 9/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
3+37=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
sanan.safarov.1986@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0781 saniye