Canıma əmanət canın.Gülüşlərimə əmanət qəmzələrin.Məsumiyətinə əmanət xəyallarım.Cümlələrimə əmanət sözlərin.Küləyimə əmanət nəfəsin.Gözlərimə əmanət baxışların.Ruhuma əmanət bədənin.Dodaqlarıma əmanət öpüşlərin.Və mən “səndəyəm”.Sən “sən”ə əmanətsən sevgilim.Ürəyinə dəyməyi gözləyən sözlərim var.Gözyaşlarım var əllərinlə silməyi gözləyən.Zamanım var sənin unutdurmanı gözləyən.Qorxularım var sən yox et deyə ..Yaralarım var sənin sağaltmağını gözləyən.Mən varam elə qoyub getdiyin yerdə.Canımdan qopursan yavaş yavaş.Sənə anlada bilməsəm də qürurumu həbs etdim.Sevməyəcəksən bilirəm.Dönməyəcəksən onu da bilirəm.Mən kəlmələrdən körpü qurarkən sənə,sən “başqalarının” cümlələriylə divar hörürsənmiş aramıza.Soruşmuram artıq.Niyə demirəm.Alışdım mən.Çətin deyil artıq.Gedirsən get amma son dəfə öpsən deyirəm..Hə bu qədər acizəm qarşında.