Ey Tanrı
ANAR. (ARLİN EDEN ) tərəfindən "Şeir" bolməsinə 03:57 07 may 2016 tarixində əlavə olunmuşdur

Bax ey Tanrı yenə susmuşam vicdanımla danışıram,
yenə şizofren olmuşam tənha otağımda.
Fikirlərimin pəncərəsinə günəş gəlmir.
Ey Tanrı məni məhv et yada rəhmt et .
Zaman sənə qarşı üsyana hazırlayır ruhumu.
Bağışla  Tanrı mən səmalar şairiyəm
Gecə çökər, sənsizlik dualarımda
Arzular məhv olar səssizliyimdə
Ey Tanrı səmimiyyətimi parçaladılar
Yaddaşımın bir hissəsi arxivə atılıb
Dedilər Tanrı yalan danışır o, heç səmimi deyil,
Ağladım ey Tanrı sükuta qərq olan insanlıq üçün
Burada insanlar çox vicdansız,
Gəl məni apar cənnətin istilərinə
Varlığımın kəfənini geyinən ruhum var
Ey Tanrı yorulmuşam düşüncələrdən
Kömək etmir heç güzgülərdə,
sualları tapmaq üçün.
Deyirlər zaman yalandır axı həqiqət gizlənib
Ey Tanrı bir həyat,bir dərd,bir kədər var
Yuxularım sənsiz yozulmur
Hər kəsin yatdığı bir vaxtda biz hələdə oyaq
Ey Tanrı şairlərin ən yaxşı dostu sənsən,
Sən gecələr söhbət edirsən,
səmimi düşüncələrlə.
İnsanlar anlamır çünki onlar,
səmimi şairlərə nifrət edirlər.
Günlərim solur təqvimlərdə,
itib-batıram uzaq olan arzularda.
Əzgin ruhları və bezgin düşüncələri
Hərflərlə toxuyan səmalar şairiyəm
Ey Tanrı ya məni məhv et,yada mənə rəhmt et. 

7/05/2015


... dəfə oxunub
Qiymət: 10/10(10 səs)
[qiymət ver ]
Şərh yaz
10+19=
Hesaba giriş
Müəllif

ANAR. (ARLİN EDEN )
Haqqında
Ədəbiyyatı sevirəm Ədəbiyyat beynimin, musiqi ruhumun dilidir. Hər iki dildə danışmağı sevirəm.
Əlaqə
E-mail:
anar_arlin@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0245 saniye