Eyfel qülləsindəki gizli otaqdan xəbəriniz var?
Aysel Məhərrəmova tərəfindən "Digər yazılar" bolməsinə 11:00 07 yanvar 2015 tarixində əlavə olunmuşdur

Parisin mirvarisi hesab edilən Eyfel qülləsini hamı çox yaxşı tanıyır və bu qüllə haqqında hər bir kəsin müəyyən məlumatı var.

Eyfel qülləsinin ən yüksək zirvəsində gizli otaq aşkar edilib, bu haqda, hətta qüllə ilə ən yaxından maraqlanan turistlərin belə xəbəri yoxdur.

Hələ qüllənin qurulduğu vaxt ən sonuncu mərtəbədə gizli otaq hazırlanıb. Bu otaq xüsusi olaraq konstruktor – mühəndis Qüstav Eyfel üçün düzəldilir. Otaq o zamanlar – yəni, XIX əsrdə adi bir iş otağı üçün lazım olan əşyalardan ibarət olmuşdur: yazı masası, stullar, masaüstü lampa, bir çarpayı və bir royal.

Hələ o zamanlar bu otaq haqqında məlumatı olanlar Eyfelə həsəd aparırdılar. Hətta imkanlı şəxslər Eyfelə, o dövr çox böyük miqdarda pul da təklif edirdilər ki, heç olmasa bircə gecəlik orada qalsınlar. Amma Eyfel buna heç vaxt razılıq vermir, həmin bu gizli otaqda Eyfel tez-tez yaxın dostları ilə görüşüb söhbətləşər və gününün çox hissəsini dostları ilə bu otaqda keçirərdi. Onların içərisində yüksək vəzifəli şəxslər, tanınmış ixtiraçılar və görkəmli şəxsiyyətlər də var idi. Əksər hallarda bu cür yığıncaqlar gecədən səhərədək davam edərdi.  Aşkar edilən otağın varlığı haqda ABŞ-ın məşhur ixtiraçısı və iş adamı Tomas Edissonun əlyazmalarında da rast gəlmək mümkündür.

1899-cu il sentyabrın 10-da həmin otaqda elektrik lampasının yaradıcısı Tomas Edissonla Qüstaf Eyfel arasında baş tutan görüş 10 saat sürüb.

Qüstav Eyfelin qurduğu dünya şöhrətli qüllədə özü üçün hazırlatdığı gizli otaq o zamandan indiyədək, hələ də milyonlarla insanlar üçün böyük maraq kəsb edən bir otaq olaraq qalmaqdadır. 

AZENS.AZ


... dəfə oxunub
Qiymət: 6/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+26=
Hesaba giriş
Müəllif

Aysel Məhərrəmova
Haqqında

Əlaqə
E-mail:
meherremova115@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.069 saniye